Logo

Uşaqlar internetdə ən çox nə edir? - Türkiyədə maraqlı ARAŞDIRMA

Uşaqlar internetdə ən çox nə edir? - Türkiyədə maraqlı ARAŞDIRMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə Statistika Qurumu (TÜİK) “2026-cı ildə uşaqların informasiya texnologiyalarından istifadəsi” ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə bu il uşaqlar arasında internetdən istifadə səviyyəsi 92,7 faiz olub.

Yaş qrupları üzrə bu göstərici 6-10 yaşlı uşaqlarda 86,6 faiz, 11-17 yaşlılarda isə 96,9 faiz olub.

İnternetdən müntəzəm istifadə edən uşaqlar arasında gündə iki saat və daha çox vaxtını internetdə keçirənlərin nisbəti həftəiçi 53 faiz, həftəsonu isə 63,4 faiz təşkil edib.

Uşaqların internetdən istifadə məqsədləri araşdırıldıqda, 86,2 faizlə video izləmək ilk sırada qərarlaşıb. Bunu 80,3 faizlə dərs oxumaq, ev tapşırıqları və təqdimatlar hazırlamaq, 75,1 faizlə sosial şəbəkələrdən istifadə izləyib. Ən aşağı göstərici isə 17,9 faizlə onlayn dərs və kurslarda iştirak olub.

Araşdırmanın nəticələrinə əsasən, uşaqların 69,8 faizi sosial şəbəkələrdən istifadə edir. Oğlan uşaqlarının 71,4 faizinin, qızların isə 68,1 faizinin sosial media istifadəçisi olduğu müəyyənləşib.

Yaş qruplarına görə, 6-10 yaşlı uşaqların 50,2 faizi, 11-17 yaşlıların isə 83,4 faizi sosial şəbəkələrdən istifadə edir.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR