Logo

Ay torpağında kartof yetişdirildi

Ay torpağında kartof yetişdirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Amerikalı bioloqlar ilk dəfə Ay torpağının tam analoqunda kartof yetişdiriblər. Təcrübə zamanı torpaq nümunələrinə böyük miqdarda üzvi gübrə əlavə edilib. Alimlər həmçinin "Ay kartofu" adlandırılan məhsulun təhlükəsizliyini və qida dəyərini təsdiqləyiblər.

Sfera.az xəbər verir ki, bu barədə Oreqon Dövlət Universitetinin mətbuat xidməti məlumat yayıb.

"Biz müəyyən etdik ki, Ay torpağının analoquna üzvi maddələrin əlavə edilməsi kartofun həmin torpaqda bütün həyat dövrünü başa vurmasına imkan verir. Bu, Ayda uzunmüddətli məskunlaşma və tədqiqatlar üçün zəruri olan həyat təminatı və qida istehsalı sistemlərinin yaradılması istiqamətində mühüm addımdır", - deyə dosent Emerik Qoye bildirib.

Alimlərin sözlərinə görə, reqolit adlanan Ay torpağı asteroid və kometaların Aya düşməsi nəticəsində yaranmış xırda süxur parçalarından, eləcə də Ay qabığının dağılmış hissələrindən ibarətdir. Tərkibinə və hissəciklərinin quruluşuna görə Yer torpağından əhəmiyyətli dərəcədə fərqlənir. Buna görə də onun Yer florası və faunası üçün nə dərəcədə təhlükəsiz olduğunu əvvəlcədən müəyyənləşdirmək çətindir.

Bu barədə məlumat əldə etmək üçün mütəxəssislər NASA-nın dəstəyi ilə Ay torpağının tam analoqu üzərində bir sıra təcrübələr aparıblar. Nümunələrin bir hissəsinə bitkilər üçün vacib qida maddələri ilə zəngin xüsusi kompost növü əlavə edilib. Daha sonra bioloqlar müxtəlif nisbətlərdə gübrələnmiş torpaqlarda kartof əkərək bitkilərin inkişafını izləyiblər.

Məlum olub ki, kompostun torpağın üçdəbirini təşkil etdiyi nümunələrdə kartof aktiv şəkildə yumrular əmələ gətirib. Kompostun payı 5-15 faizə endirildikdə isə köklərin formalaşması və bitkinin biokütləsinin artması xeyli ləngiyib.

Bununla yanaşı, alimlər Ay torpağının kartof yumrularında zəhərli birləşmələrin toplanmasına səbəb olduğuna və ya onların qida dəyərini azaltdığına dair heç bir əlamət aşkar etməyiblər. Tədqiqatçıların ehtimalına görə, kompost yalnız bitkini qida maddələri ilə təmin etmir, həm də kökləri reqolitdə mövcud olan ağır metalların və digər zəhərli elementlərin təsirindən qoruyur./oxu.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR