Logo

İki ailəni birləşdirən möcüzə: Atalar uşaqları xilas etdi

İki ailəni birləşdirən möcüzə: Atalar uşaqları xilas etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə iki ailənin həyatını dəyişən duyğusal hadisə baş verib.

Sfera.az xəbər verir ki, Kahramanmaraş və Yozqatdan övladlarının müalicəsi üçün Ankaraya gələn ailələr xəstəxanada tanış olublar. Uşaqlarının böyrək transplantasiyasına ehtiyacı olduğunu öyrənən atalar bir-birinə dəstək olmaq qərarına gəliblər.

Beləliklə, atalar öz övladlarına deyil, qarşı tərəfin uşağına böyrək donoru olmaqla çarpaz transplantasiyanın həyata keçirilməsinə şərait yaradıblar.

Uğurlu əməliyyat nəticəsində 1,5 yaşlı Hatice Duru və 8 yaşlı Hatice Mehlika sağlamlıqlarına qovuşmaq üçün yeni şans əldə ediblər.

Xəstəxanada başlayan bu tanışlıq iki uşağın həyatını dəyişən nümunəvi həmrəyliyə çevrilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR