Logo

Milyonluq evi olan aktrisa buna görə çadırda yaşamaq qərarı verib

Milyonluq evi olan aktrisa buna görə çadırda yaşamaq qərarı verib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Amerikalı aktrisa və televiziya aparıcısı Cenni Makkarti (Jenny McCarthy) yaşadığı ciddi sağlamlıq problemləri səbəbindən milyonlarla dollar dəyərindəki malikanəsinə girməkdən qorxduğunu açıqlayıb.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Donni Uolberqin (Donnie Wahlberg) həyat yoldaşı olan 54 yaşlı Makkarti aparıcılıq etdiyi “The Jenny McCarthy Wahlberg Show” proqramında son iki ildə üzləşdiyi çətinliklərdən danışıb. Onun sözlərinə görə, hər şey 2024-cü ildə diş ağrısı ilə başlayıb. Daha sonra dişlərinin çəkilməsi, implantlarının düşməsi, təkrarlanan göz kistləri, ayaqlarında qıcolmalar və üzündə şişkinlik kimi problemlərlə qarşılaşıb. Aktrisa həmçinin qida allergiyası və yuxusuzluqdan əziyyət çəkib.

Milyonluq evi olan aktrisa buna görə çadırda yaşamaq qərarı verib

Uzun müddət aparılan müayinələrdən sonra məlum olub ki, onun sağlamlıq problemləri yaşadığı evdəki kiflə əlaqəlidir. Həkimlər Makkartiyə kif və mikotoksinlərin təsiri ilə bağlı diaqnoz qoyublar. Aktrisa bildirib ki, əvvəlcə evində kif ola biləcəyinə inanmayıb. Lakin müayinələrin nəticələri şübhələri təsdiqləyib. Bundan sonra uzunmüddətli müalicə prosesinə başlayan Makkarti evinə girməkdən qorxduğu üçün malikanəsinin həyətində qurulan çadırda yaşamağa başlayıb.

“Artıq yalnız çadırda yaşaya biləcəyimi düşünürəm. Hər yerin kiflə dolu olduğunu hiss edirəm. Hansısa binaya daxil olmaq məcburiyyətində qalanda dərhal oradan çıxmaq istəyirəm”, - deyə o bildirib.

Qeyd edək ki, məşhur cütlük 2015-ci ildə 1,1 milyon dollara aldıqları Çikaqo ərazisindəki evi 2,8 milyon dollara satışa çıxarıb. Evdəki kif probleminin aradan qaldırılması üçün böyük məbləğdə vəsait xərclənsə də, Makkarti yaşadığı psixoloji sarsıntı səbəbindən malikanəyə qayıtmaq istəmir.

Şahanə Ziyad

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR