Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq
Astroloq Dinçer Güner qarşıdakı üç gün ərzində ünsiyyətdə gərginliklərin arta biləcəyi, keçmiş mübahisələrin yenidən gündəmə gələcəyi barədə xəbərdarlıq edib.
Sfera.az xəbər verir ki, astroloq Merkuri ilə Mars arasında yaranacaq kvadrat aspektin insanların daha əsəbi və impulsiv davranmasına səbəb ola biləcəyini bildirib.
Günerin sözlərinə görə, bu müddətdə köhnə məsələlər yenidən açıla, şəxsi münasibətlərdə mübahisələr böyüyə və bəzi sirlər üzə çıxa bilər. O, xüsusilə danışarkən diqqətli olmağın vacibliyini vurğulayıb.
Astroloq bildirib ki, düşünmədən deyilən sözlər sonradan böyük peşmanlıqlara səbəb ola bilər. O, insanlara ani reaksiyalardan çəkinməyi, vacib söhbətlərdə ehtiyatlı davranmağı və danışmazdan əvvəl iki dəfə düşünməyi tövsiyə edib.
Güner gündəlik ünsiyyətdə və yol hərəkətində də diqqətli olmağa çağırıb.\\azxeber.com






