Logo

Günəşin üzərində sirli maqnit toru aşkarlandı

Günəşin üzərində sirli maqnit toru aşkarlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Astronomlar Günəş atmosferinin zahirən sakit görünən hissələrində indiyədək kifayət qədər öyrənilməmiş mürəkkəb maqnit strukturları müşahidə ediblər.

Sfera.az xəbər verir ki, bu barədə “ScienceDaily” məlumat yayıb.

Tədqiqatçılar Yer atmosferinin yüksək qatlarına qaldırılan xüsusi teleskopdan istifadə etməklə Günəşin səthinə yaxın bölgələrdə nazik sapları xatırladan maqnit strukturlarını araşdırıblar.

Müşahidələr göstərir ki, Günəşin sakit hesab edilən ərazilərində belə maqnit sahələri mürəkkəb formada bir-biri ilə əlaqələnir. Bu strukturların Günəş atmosferində enerjinin ötürülməsi proseslərində müəyyən rol oynaya biləcəyi ehtimal edilir.

Alimlər yeni müşahidələrin Günəşin maqnit fəaliyyəti, atmosferinin qızması və kosmik hava hadisələri ilə bağlı modellərin təkmilləşdirilməsinə kömək edəcəyini düşünürlər./lent

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR