Bu tarixdə doğulanlar zəngin olur – Hesablama qaydası
Numerologiyaya görə, hər bir insanın doğum tarixi onun xarakteri, həyat yolu, maddi imkanları və uğur potensialı haqqında müəyyən məlumatlar verə bilər. Bu inanca əsasən, rəqəmlərin insan həyatında xüsusi mənası var.
Sfera.az xəbər verir ki, numerologiyada insanın doğum tarixindən istifadə etməklə onun həyat yolu rəqəmini hesablamaq mümkündür.
Numeroloji inanclara əsasən, bu rəqəm şəxsin maliyyə məsələlərinə yanaşması və uğur potensialı ilə əlaqələndirilir.
Bəs pul və uğur rəqəmini necə hesablamaq olar?
Bunun üçün doğum tarixinizdəki bütün rəqəmləri toplamaq lazımdır.
Məsələn, 31.03.2004-cü ildə doğulan şəxs üçün hesablama belə aparılır:
3 + 1 + 0 + 3 + 2 + 0 + 0 + 4 = 13
Daha sonra alınan cəmdəki rəqəmlər toplanır:
1 + 3 = 4
Beləliklə, həmin şəxsin numeroloji həyat yolu rəqəmi 4 hesab olunur.
Rəqəmlərin mənası nədir?
1 rəqəmi - Liderlik, müstəqillik və təşəbbüskarlıqla əlaqələndirilir. Bu rəqəmə sahib insanların şəxsi biznesdə uğur qazana biləcəyi iddia olunur.
2 rəqəmi - Əməkdaşlıq və diplomatiyanı simvolizə edir. Numeroloji yozumlara görə, bu şəxslər komanda işində daha uğurlu ola bilərlər.
3 rəqəmi - Yaradıcılıq və ünsiyyət bacarıqları ilə əlaqələndirilir. İncəsənət, media və yaradıcılıq sahələrində uğurun simvolu sayılır.
4 rəqəmi - Sabitlik, zəhmətkeşlik və planlı maliyyə idarəçiliyini ifadə edir. Numerologiyaya görə, bu rəqəmə sahib insanlar səbirli və məsuliyyətli yanaşmaları sayəsində maddi sabitliyə nail ola bilərlər. Onların uğurunun əsas açarı davamlı əmək və düzgün planlaşdırma hesab olunur.
5 rəqəmi - Dəyişiklik, azadlıq və yeni imkanların simvoludur. Ticarət və sahibkarlıq sahələrində uğurla əlaqələndirilir.
6 rəqəmi - Məsuliyyət, ailə və qayğıkeşliyi ifadə edir. Xidmət və insanlarla ünsiyyət tələb edən sahələrdə uğurun göstəricisi kimi yozulur.
7 rəqəmi - Analitik düşüncə, bilik və araşdırma ilə əlaqələndirilir. Elm və intellektual fəaliyyət sahələrində uğuru simvolizə edir.
8 rəqəmi – Numerologiyada maddi qazanc, güc və maliyyə uğuru ilə ən çox əlaqələndirilən rəqəmlərdən biridir. Bu rəqəm biznes, idarəetmə və sərvət simvolu hesab olunur.
9 rəqəmi - Humanistlik, səxavət və geniş dünyagörüşünü ifadə edir. Numeroloji yozumlarda bu rəqəm sosial fəaliyyət və yaradıcılıqla əlaqələndirilir.
Şahanə Ziyad




