Logo

İngiltərədə yeni dinozavr növü kəşf edildi

İngiltərədə yeni dinozavr növü kəşf edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərədə 2001-ci ildə gil karxanasında aşkar edilən dinozavr fosili uzun illər davam edən elmi araşdırmalardan sonra tamamilə yeni cins və növ kimi təsnif edilib.

Sfera.az xəbər verir ki, təxminən 125 milyon il əvvəl yaşamış ot yeyən dinozavra karxanada işləyərkən həyatını itirən “Will Proudlove”un xatirəsinə “Paludohadros proudlovii” adı verilib.

Tədqiqatçıların məlumatına görə, təxminən 5 metr uzunluğunda olan bu dinozavr keçmiş dövrlərdə İngiltərənin cənubundakı bataqlıq və su-bataqlıq ərazilərində yaşayıb.

Araşdırma zamanı 1950-ci illərdə toplanmış bəzi fosillərin də məhz bu yeni növə aid olduğu müəyyən edilib.

Alimlər bu kəşfin muzey kolleksiyalarında illərdir araşdırılmamış və ya yanlış təsnif edilmiş fosillərin arasında hələ də elmə məlum olmayan növlərin mövcud ola biləcəyini göstərdiyini bildiriblər.

Mütəxəssislər yeni növlərin müəyyən edilməsi məqsədilə muzey kolleksiyalarında araşdırmaları davam etdirməyi planlaşdırırlar.

İradə Elsevər

Sfera.az

İngiltərədə yeni dinozavr növü kəşf edildi
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR