İqlim
Azərbaycanın memarlıq layihəsi beynəlxalq sertifikata layiq görüldü - FOTO
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yeni inzibati binasına görə beynəlxalq yaşıl bina sertifikatının (YeS-INT) təqdimetmə mərasimi keçirilib. Sertifikat COP31-də Azərbaycan nümayəndə heyətini təmsil edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayevaya təqdim olunub. Sfera.az xəbər verir ki,
İqtisadiyyat13.11.2026 13:06
Oktyabrda hava normadan isti olub
Ötən ay Azərbaycanda hava iqlim normasından 3 dərəcə yuxarı olub. Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ay ərazisində havanın temperaturu iqlim norması ilə müqayisədə 25 gün normadan yuxarı (1–8 dərəcə), 3 gün normadan aşağı (1–6 dərəcə) olub. 3 gün temperatur iqlim norması daxilində müşahidə edilib. Orta aylıq temperatur 19 dərəcə isti olub ki, bu da iqlim normasından 3 dərəcə yuxarıdır. Bakı və Abşeron yarımadasında maksimal
Gündəm02.11.2026 14:08
İstanbuldakı güclü yağışlar Azərbaycana gəlir? – Ekoloqdan Açıqlama
Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edək ki, Türkiyədə baş verən iqlim hadisələri adətən bir müddət sonra Azərbaycanda da müşahidə edilir. Bəs oxşar yağışların yaxın vaxtlarda Azərbaycanda da baş verməsi ehtimalı varmı? Sfera.az -a açıqlama verən ekoloq Ənvər Əliyev bildirdi ki, güclü yağıntılar yalnız Türkiyə
Gündəm19.10.2026 13:10
Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?
Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək? Azərbaycanda artıq payız fəsli başlayıb və havalar tədricən soyuyur. Son illər qlobal iqlim dəyişikliyi dünyada anomal hava şəraitinə səbəb olduğu üçün builki payızın necə keçəcəyi, ölkəmizdə hansı havanın hökm sürəcəyi hər kəs üçün maraqlıdır. Görəsən qarşıdakı aylarda bizi nə gözləyir? Builki payız normadan çox yağmurlu keçəcək, yoxsa quraqlıq olacaq? Yağıntıların miqdarı ilə bağlı proqnozlar nə deyir?
Maraqlı25.09.2026 20:45
Fevrala kimi minlərlə insan öləcək - Qorxulu hava XƏBƏRDARLIĞI
El-Nino hadisəsinin təsiri ilə qlobal temperaturun yüksəlməsi fevraladək dünyada təxminən 450 min əlavə ölümə səbəb ola bilər. Tədqiqatçıların hesablamalarına görə, insanların həddindən artıq istidən qorunması üçün tədbirlər görülməzsə, bu risk arta bilər. Sfera.az xarici mediaya istinadla xəbər verir ki, Çikaqo Universitetinin İqlim Təsirləri Laboratoriyasının hesabatına əsasən bu barədə məlumat yayılıb. Hansı ölkələr daha çox risk altındadır? İqlimşünasların qiymətləndirməsinə görə, qarşıdakı
Maraqlı24.09.2026 22:52
Buzlaqların əriməsi sürətlənib – 2 milyard insan risk altındadır
Nepalda 1300-dən çox insanın həyatına son qoyan dağıdıcı daşqınlardan sonra Himalay dağlarındakı vəziyyətlə bağlı həyəcan doğuran hesabat hazırlanıb. Hesabatda Asiyanın “su qülləsi” adlandırılan Himalayların iqlim dəyişikliyinin ciddi təsiri altında olduğu vurğulanır. Sfera.az xəbər verir ki, məlumata görə, Himalay bölgəsində buzlaqların kütlə itkisi son onillikdə əvvəlki dövrlə müqayisədə 65 faiz sürətlənib. “Dünyanın damı” kimi tanınan Nepalda baş verən daşqınlar isə qlobal iqlim böhranının
Maraqlı15.09.2026 16:21
Təbiətin gələcəyi bizim seçimlərimizdən asılıdır: Ekoloji məsuliyyət niyə vacibdir?
İqlim dəyişiklikləri, havanın çirklənməsi, su ehtiyatlarının azalması, meşələrin məhv edilməsi və tullantıların artması artıq yalnız ekoloqların və alimlərin müzakirə etdiyi məsələlər deyil. Ətraf mühitdə baş verən dəyişikliklər gündəlik həyatımıza, sağlamlığımıza, iqtisadiyyatımıza və gələcək nəsillərin yaşayacağı dünyaya birbaşa təsir göstərir. Ekologiyanın qorunması bu baxımdan sadəcə təbiətə qayğı göstərmək deyil. Bu, insanın öz həyatını, yaşadığı şəhəri və gələcəyini qorumasıdır. Çünki
Cəmiyyət10.09.2026 16:30
İqlim qütbləşməsi: Avropa yanır, Azərbaycansa sərindir
Avropada anomal istilər müşahidə edilsə də, Azərbaycanın daxil olduğu regionda havalar nisbətən sərin keçir. Artıq yay fəslinin daxil olmasına baxmayaraq Cənubi Qafqaz regionu hələ də yaz ab-havasından çıxa bilməyib. Bəs Avropadakı anomal istilərin və Azərbaycandakı sərin havaların əsas səbəbi nədir? Bu vəziyyət yay aylarında da davam edə bilərmi? Məsələ ilə bağlı ekoloq Qorxmaz İbrahimli Sfera.az -a açıqlama verib. Onun sözlərinə əsasən, bu hadisələrin əsas səbəbi insanların milyon illərdir
Maraqlı29.06.2026 14:01








