Dörd bürcün həyatında çətinliklər geridə qalır
Astroloqların proqnozuna görə, Dolça, Buğa, Əqrəb və Şir bürclərini təmsil edənlər uzun müddətdir üzləşdikləri problemlərdən tədricən uzaqlaşa bilərlər.
Sfera.az xəbər verir ki, astroloq Helena Hatorun fikrincə, Veneranın Tərəzi bürcünə qayıtması bu insanların münasibətlərini yaxşılaşdırmağa, stress mənbələrini azaltmağa və yeni imkanlar əldə etməyə kömək edəcək.
Dolça bürcündən olanlar son həftələrdə ünsiyyət problemləri ilə qarşılaşmış ola bilərlər. Proqnoza əsasən, vəziyyət xüsusilə iş mühitində yaxşılaşacaq, həmkarlar və rəhbərliklə anlaşmaq asanlaşacaq. Bundan əlavə, xaricə səfər və ya başqa ölkəyə köçməklə bağlı yeni imkanlar yarana bilər.
Buğa bürcünün nümayəndələri üçün isə münasibətlərdəki gərginliyin azalacağı gözlənilir. Ətrafdakı insanların həddindən artıq tələbləri və gözləntiləri onları yorubsa, qarşıdakı dövrdə vəziyyətin dəyişəcəyi bildirilir. Şəxsi münasibətlərdə diqqət və hörmətin artması, işdə göstərilən səylərin isə maddi baxımdan qiymətləndirilməsi mümkündür.
Əqrəblər son dövrdə daha çox özlərinə vaxt ayırmağa, insanlardan uzaqlaşaraq həyatlarını və istəklərini yenidən dəyərləndirməyə ehtiyac duymuş ola bilərlər. Astroloqun qənaətinə görə, indi aktiv həyata qayıtmaq üçün əlverişli mərhələ başlaya bilər. İş yükünün azalması və gündəlik işlərin daha rahat təşkil olunması onlara yeni fürsətlərdən yararlanmaq imkanı verə bilər.
Şir bürcündən olanları isə ailə və evlə bağlı problemlərin azalacağı gözləyir. Qohumlarla mübahisələr, ev yoldaşları ilə anlaşılmazlıqlar və məişət çətinlikləri tədricən aradan qalxa bilər. Təmir işləri yarımçıq qalanlar üçün də irəliləyişin mümkün olduğu qeyd edilir.
Qeyd edək ki, astrologiya elmi cəhətdən təsdiqlənmiş proqnoz metodu deyil. Bürclərlə bağlı bu cür şərhlər əyləncə xarakteri daşıyır və həyatla bağlı mühüm qərarlar üçün etibarlı əsas hesab olunmamalıdır./demokrat






