“iPhone”-larda “qaranlıq ton” effekti

“iPhone”-larda “qaranlıq ton” effekti
Kateqoriya məlum deyil
T

“iPhone” istifadəçilərinin diqqətini çəkən yeni foto trendi sosial mediada sürətlə yayılır. “Qaranlıq ton” adlandırılan bu effekt xüsusilə şəhər mənzərələri, təbiət görüntüləri, portret və gecə fotolarına daha dramatik və sinematik görünüş verir.

Sfera.az xəbər verir ki, bu görüntünü əldə etmək üçün əlavə proqram yükləməyə ehtiyac yoxdur. “iPhone”-un özündəki Fotoşəkillər (Photos) tətbiqinin redaktə funksiyalarından istifadə etməklə bir neçə toxunuşla fotoların tonunu dəyişmək mümkündür.

Bunun üçün Fotoşəkillər tətbiqində istədiyiniz şəkli açın və “Düzəliş et” (Edit) bölməsinə keçin. Daha sonra aşağıdakı parametrləri tətbiq edə bilərsiniz.

Bu effekt üçün ekspozisiyanı -10, parlaqlığı -15, yüksək işıqları -20, kölgələri +15, kontrastı +10, doymanı -10, canlılığı +5, istiliyi -5, tonu +2, kəskinliyi +20, təsviri +25, səs-küyün azaldılmasını +10, vinyeti isə +20 səviyyəsində tənzimləmək lazımdır.

Bu parametrlər fotodakı işıqlı hissələri bir qədər yumşaldır, tünd sahələri ön plana çıxarır və görüntüyə daha dərin, dramatik görünüş verir. Lakin nəticə istifadə olunan fotonun işıqlandırılmasına görə dəyişə bilər. Buna görə də ayarları şəkilə uyğun olaraq bir qədər dəyişmək mümkündür.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR