Bütün kənd bir binada yaşayır - FOTOLAR

Bütün kənd bir binada yaşayır - FOTOLAR
Kateqoriya məlum deyil
T

ABŞ-nin Alyaska ştatında yerləşən Vitiyer qəsəbəsi dünyanın ən qeyri-adi yaşayış məskənlərindən biri kimi tanınır. Qarlı dağlar və okean körfəzi ilə əhatələnən bu kiçik yaşayış məntəqəsinin təxminən 300 sakininin böyük əksəriyyəti 14 mərtəbəli “Begich Towers” binasında yaşayır. Buna görə də Vitiyer tez-tez “bir binadan ibarət kənd” adlandırılır.

Sfera.az xəbər verir ki, bina 1957-ci ildə “soyuq müharibə” dövründə ABŞ ordusu üçün hərbi kazarma kimi tikilib. Sonradan mülki məqsədlə istifadəyə verilərək qəsəbənin əsas yaşayış və xidmət mərkəzinə çevrilib.

“Begich Towers” təkcə yaşayış binası deyil. Burada market, poçt şöbəsi, polis bölməsi, səhiyyə məntəqəsi, bələdiyyə ofisi, kilsə, camaşırxana, kiçik otel və istirahət zonaları fəaliyyət göstərir. Sakinlər gündəlik ehtiyaclarının əksəriyyətini binanı tərk etmədən qarşılayırlar. Məktəblilər isə yaşayış binasını məktəblə birləşdirən yeraltı tunel vasitəsilə qışın sərt havasına çıxmadan dərsə gedirlər.

Bu həyat tərzinin əsas səbəbi Alyaskanın sərt iqlimidir. Vitiyerdə küləyin sürəti bəzən saatda 160 kilometrə çatır, qarın qalınlığı isə bir neçə metr olur. Qəsəbəyə yalnız dağların altından keçən təxminən 4 kilometrlik təkzolaqlı tunellə daxil olmaq mümkündür və hərəkət xüsusi qrafiklə tənzimlənir.

Qeyri-adi yaşayış modeli Vitiyeri dünyanın ən maraqlı məskunlaşma nümunələrindən birinə çevirib. Tək binada formalaşan icma həyatı həm sakinlərin birliyini gücləndirir, həm də hər il minlərlə turistin diqqətini cəlb edir./metbuat

Bütün kənd bir binada yaşayır - — foto 1Bütün kənd bir binada yaşayır - — foto 2Bütün kənd bir binada yaşayır - — foto 3Bütün kənd bir binada yaşayır - — foto 4


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR