Logo

Ayfon istifadəçilərinə vacib xəbərdarlıq – Dərhal bunu edin

Ayfon istifadəçilərinə vacib xəbərdarlıq – Dərhal bunu edin
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Kibertəhlükəsizlik Agentliyi “Apple” şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edib. Bildirilib ki, bu boşluqdan istifadə edən dələduzlar Azərbaycanda iOS əməliyyat sistemi ilə işləyən cihazları ələ keçirə bilirlər.

Bu cür halların qarşısının alınması üçün Ayfon istifadəçiləri hansı təhlükəsizlik tədbirlərinə əməl etməlidirlər? Artıq belə halla qarşılaşan şəxslər cihazlarını və şəxsi məlumatlarını qorumaq üçün nə etməlidirlər?

Sfera.az bildirir ki, globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, Ayfon istifadəçiləri ilk növbədə cihazlarının proqram təminatını daim yeniləməlidirlər:

“Çünki “Apple” şirkəti təhlükəsizlik boşluqlarını aşkar etdikdə onların aradan qaldırılması üçün mütəmadi yeniləmələr təqdim edir.

İstifadəçilər telefonun parametrlər bölməsindən iOS-un son versiyasının quraşdırılıb-quraşdırılmadığını yoxlamalıdırlar. Naməlum şəxslərdən gələn linklərə daxil olmaq, şübhəli faylları yükləmək və etibarsız saytlara keçid etmək ciddi təhlükə yarada bilər. Xüsusilə mesaj və elektron poçt vasitəsilə göndərilən saxta keçidlərə qarşı diqqətli olmaq lazımdır. Apple ID hesabının şifrəsi mürəkkəb olmalı və iki mərhələli təsdiqləmə aktivləşdirilməlidir. İstifadəçilər şifrələrini, təsdiq kodlarını və digər şəxsi məlumatlarını heç kimlə paylaşmamalıdırlar. Həmçinin yalnız rəsmi App Store platformasından tətbiq yükləmək, naməlum mənbələrdən proqram quraşdırmamaq tövsiyə olunur”.

Ekspert bildirib ki, əgər şəxs telefonunun ələ keçirildiyindən şübhələnirsə, cihazın internet bağlantısını müvəqqəti kəsməli və təhlükəsizlik tədbirlərinə başlamalıdır:

“Başqa etibarlı cihaz vasitəsilə Apple ID hesabının şifrəsini dəyişmək və hesaba qoşulmuş naməlum cihazları yoxlamaq lazımdır. Şübhəli tətbiqlər və profillər silinməli, bank hesabları və digər həssas məlumatlarla bağlı təhlükəsizlik yoxlaması aparılmalıdır. Bank məlumatlarının ələ keçirilməsi ehtimalı varsa, dərhal bankla əlaqə saxlanılmalı, kartların müvəqqəti bloklanması tələb edilməlidir.

Cihazda casus proqram və ya zərərli müdaxilə şübhəsi qalırsa, mütəxəssisə müraciət etmək və zərurət yarandıqda telefonu zavod parametrlərinə qaytarmaq lazımdır. Əsas məsələ odur ki, istifadəçilər belə hallarda gecikmədən hərəkət etməli, şəxsi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün bütün hesablarını yoxlamalıdırlar”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR