Logo

Türkiyədə xəzinə axtarışı: Tapan şəxsə 50 faizi vəd edilir

Türkiyədə xəzinə axtarışı: Tapan şəxsə 50 faizi vəd edilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Giresun vilayətinin Alucra rayonunun Yeşilyurt kəndində 49.99 kvadratmetrlik ərazidə xəzinə axtarışı layihəsi üçün Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi, İcazələr və Nəzarət Baş İdarəsinin prosesi başa çatıb. Planlaşdırılan qazıntı işləri zamanı tapılan xəzinənin dəyərinin 50%-i isə onu müəyyən edən şəxsə veriləcək.

Sfera.az xəbər verir ki, əlumata görə, layihə çərçivəsində 10 metr dərinlikdə qazıntıların aparılması və 7 nəfərin iştirak edəcəyi işlərin 15 gün ərzində başa çatdırılması planlaşdırılır. Proyektin dəyərinin isə 221 min Türkiyə lirəsi (7 500 manatdan çox) olduğu bildirilir. Əmlak xəritəsində otlaq sahəsi kimi təyin olunmuş ərazidə işlərə lazımi icazələrin, həmçinin valiliyin təsdiqindən və xəzinə axtarışı üzrə lisenziyanın alınmasından sonra başlanılacaq.

Layihə dosyesində yer alan qanunvericilik müddəalarına uyğun olaraq, Türkiyə dövlətinin nəzarəti və sərəncamı altında olan torpaqlarda axtarışlar zamanı xəzinə aşkarlanacağı təqdirdə, onun dəyərinin yarısının tapana verilməsi nəzərdə tutulur.

Xəzinənin dəyəri isə Türkiyə Xəzinədarlıq və Maliyyə Nazirliyi tərəfindən müəyyən ediləcək. Qazıntı işləri muzey mütəxəssislərinin və müvafiq qurumların nümayəndələrinin nəzarəti altında həyata keçiriləcək. Qazıntılar zamanı hər hansı mədəni və ya təbii irs nümunəsi aşkar edilərsə, işlər dayandırılacaq və səlahiyyətli qurumlara məlumat veriləcək. Tapıntılar ölkənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təyin edilmiş ən azı üç ekspert tərəfindən araşdırılacaq. Mədəni və ya təbii irs hesab edilən əsərlər muzeylərə təhvil veriləcək, xəzinə hesab edilən tapıntılar isə lazımi prosedurlardan sonra ölkənin Xəzinədarlıq və Maliyyə Nazirliyinə təqdim olunacaq.\\oxu.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR