Rihannadan cəsarətli paylaşım

Rihannadan cəsarətli paylaşım
Kateqoriya məlum deyil
T

Dünyaca məşhur müğənni və iş qadını Rihanna növbəti dəfə cəsarətli paylaşımı ilə diqqət mərkəzinə düşüb. Üç uşaq anası olan sənətçi özünə məxsus alt paltarı brendinin yeni reklam kampaniyası üçün kamera qarşısına keçərək çəkdirdiyi fotoları “Instagram” hesabında izləyiciləri ilə bölüşüb.

Sfera.az xəbər verir ki, 38 yaşlı ulduzun paylaşdığı görüntülər qısa müddət ərzində milyonlarla baxış toplayıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 145 milyondan çox izləyicisi olan Rihanna reklam çəkilişi zamanı bənövşəyi naxışlı, krujevalı və şəffaf detallarla işlənmiş bodi geyimi ilə obyektiv qarşısına çıxıb.

Sənətçinin özünəməxsus tərzi və cəsarətli görünüşü pərəstişkarlarının böyük marağına səbəb olub.

Rihanna son illərdə musiqi fəaliyyətindən əlavə sahibkarlıq sahəsində də uğurları ilə gündəmə gəlir. O, 2018-ci ildə təsis etdiyi alt paltarı markası ilə moda sənayesində mühüm uğur qazanıb və brendi qısa müddətdə dünyanın ən tanınmış alt geyim markalarından birinə çevrilib.

Müğənninin son paylaşımı da izləyicilər tərəfindən minlərlə bəyənmə və şərh alıb. Sosial media istifadəçiləri fotoları həm sənətçinin cəsarətli üslubu, həm də reklam kampaniyasının diqqətçəkən təqdimatı baxımından geniş müzakirə ediblər.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR