“WhatsApp”dan yenilik - BUNDAN SONRA...

“WhatsApp”dan yenilik - BUNDAN SONRA...
Kateqoriya məlum deyil
T

“WhatsApp” istifadəçilərin əsas söhbət siyahısını daha səliqəli saxlamaq üçün yeni funksiya üzərində işləyir.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, tətbiq böyük şirkətlərdən gələn mesajları avtomatik olaraq "Offers & Updates" ("Təkliflər və Yeniliklər") adlı ayrıca qovluğa köçürməyi sınaqdan keçirir. Yeni funksiyanın məqsədi bank bildirişləri, aviaşirkət yeniləmələri, sifarişlərin çatdırılması barədə məlumatlar və digər xidmət mesajlarının əsas çat pəncərəsində yığılmasının qarşısını almaqdır.

Məlumata görə, istifadəçiyə böyük şirkətdən mesaj gəldikdən müəyyən müddət sonra həmin yazışma avtomatik olaraq yeni qovluğa köçürüləcək. Hazırda Meta müxtəlif vaxt intervalını sınaqdan keçirir və ən uzun gecikmə müddəti 24 saat təşkil edir. İstifadəçilər bu funksiyanı tətbiqin ayarlar bölməsindən tamamilə söndürə biləcəklər. Lakin köçürülmə müddətini öz istəklərinə uyğun dəyişmək mümkün olmayacaq.

Onlar ya Meta tərəfindən müəyyən edilən müddətlə razılaşmalı, ya da funksiyanı deaktiv etməlidirlər. Hazırda yenilik yalnız “WhatsApp Business Platform” vasitəsilə fəaliyyət göstərən iri şirkətlərdən gələn mesajlara şamil ediləcək. Kiçik bizneslər və fərdi “WhatsApp Business” hesablarından göndərilən mesajlar bu dəyişiklikdən təsirlənməyəcək. Bununla belə, şirkət gələcəkdə bu funksiyanın kiçik biznes hesablarına da tətbiq oluna biləcəyini istisna etmir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR