Logo

2026-cı ilin ən dəbdə olan 5 marka eynəyi - FOTOLAR

2026-cı ilin ən dəbdə olan 5 marka eynəyi - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gün eynəkləri artıq təkcə gözləri qoruyan aksesuar deyil, həm də fərdi üslubun vacib elementinə çevrilib.

Sfera.az bildirir ki, Moda ekspertlərinin fikrincə, 2026-cı ildə həm klassik, həm də cəsarətli dizaynları ilə seçilən bir neçə brend bazarda üstünlüyünü qoruyur.

2026-cı ilin ən dəbdə olan 5 marka eynəyi - FOTOLAR

Siyahının ilk sırasında Ray-Ban yer alır. Brendin Wayfarer və Aviator modelləri illərdir populyarlığını itirmir və bu mövsüm də ən çox seçilən eynəklər arasında qalır.

İkinci yerdə İtaliyanın lüks moda evi Prada qərarlaşıb. Böyük çərçivəli və futuristik dizaynlı eynəkləri ilə Prada həm podiumlarda, həm də küçə modasında diqqət çəkir.

2026-cı ilin ən dəbdə olan 5 marka eynəyi - FOTOLAR

Üçüncü sırada Miu Miu yer alır. Brendin rəngarəng, vintage üslublu və fərqli formalı modelləri xüsusilə gənclər arasında böyük maraq görür.

Dördüncü yerdə Saint Laurent var. Minimalist və zərif dizaynı ilə seçilən eynəklər gündəlik istifadə üçün ən çox üstünlük verilən lüks modellər sırasındadır.

2026-cı ilin ən dəbdə olan 5 marka eynəyi - FOTOLAR

İlk beşliyi isə Gentle Monster tamamlayır. Cənubi Koreya brendinin qeyri-adi və futuristik çərçivələri son illərdə dünya ulduzları və dəb həvəskarları arasında trendə çevrilib.

2026-cı ilin ən dəbdə olan 5 marka eynəyi - FOTOLAR

Mütəxəssislər bildirirlər ki, 2026-cı ildə iri çərçivəli, retro üslublu və rəngli linzalı modellər əsas dəb istiqamətləri arasında yer almağa davam edir.

Altay

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR