Dünyada nə qədər ağac var? - Araşdırma NƏTİCƏLƏRİ

Dünyada nə qədər ağac var? - Araşdırma NƏTİCƏLƏRİ
Kateqoriya məlum deyil
T

Yer üzündəki ağacların sayı ilə bağlı aparılan beynəlxalq araşdırmanın nəticələri açıqlanıb. Alimlərin hesablamalarına görə, hazırda planetdə təxminən 3,04 trilyon ağac mövcuddur.

Sfera.az xəbər verir ki, bu nəticə peyk görüntüləri, sahə tədqiqatları və müasir kompüter modellərinin birgə təhlili əsasında əldə olunub.

Araşdırmanı aparan beynəlxalq tədqiqatçılar dünyanın müxtəlif bölgələrində yerləşən 420 mindən çox meşə nümunə sahəsindən toplanmış məlumatlardan istifadə ediblər. Alimlər həmin məlumatları peyk görüntüləri ilə birləşdirərək tarixdə ilk dəfə qlobal miqyasda ağac sıxlığını əks etdirən ətraflı xəritə hazırlayıblar.

Araşdırmanın nəticələrinə əsasən, Yer üzündəki 3,04 trilyon ağacın təxminən 1,3 trilyonu tropik və subtropik meşələrdə yerləşir. Boreal (şimal) meşələrində təxminən 740 milyard, mülayim iqlim qurşağındakı meşələrdə isə 660 milyard ağac olduğu müəyyən edilib.

Bununla yanaşı, ən yüksək ağac sıxlığının Kanada, Rusiya və Skandinaviya ölkələrini əhatə edən boreal meşə zonalarında müşahidə olunduğu bildirilib.

Alimlərin hesablamalarına görə, insan sivilizasiyası formalaşmazdan əvvəl Yer kürəsində ağacların sayı indiki göstəricidən təxminən 46 faiz daha çox olub.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ