Ekspertlərdən yay xəbərdarlığı: Masada dayanan bu qidalar ölümcül təhlükə saça bilər!

Yay aylarında süfrələrdə günahsız görünən qidalar belə ciddi sağlamlıq riskləri daşıyır. İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisləri xüsusilə toyuq dönəri, toyuqlu plov, mayonezli yeməklər və kremli şirniyyatların isti havalarda sürətlə bakteriya istehsal etdiyini bildirir.
Sfera.az xəbər verir ki, Ekspertlər qeydinə görə, bu qidalar uşaqlar, yaşlılar ve xroniki xəstəliyi olan şəxslərdə kəskin maye itkisinə yol açaraq həyati təhlükə yarada bilər.
"Qida dözümsüzlüyünün (intolerans) təyini klassik allergiya testlərinə nisbətən daha çətindir"
Qida mənşəli infeksiyaların yay aylarında nəzərəçarpacaq dərəcədə artdığını bildirən mütəxəssislər önərir ki: “Yemək yedikdən 3-4 saat sonra və ya növbəti günə qədər ürəkbulanma, qusma və ishalın yaranması qida zəhərlənməsindən xəbər verir. Yüksək qızdırma, şiddətli qusma və ya ağır ishal hallarında vaxt itirmədən tibb müəssisəsinə müraciət edilməlidir”.
Riskli qidalar mütləq soyuducuda saxlanmalıdır
Təhlükəli qidaların düzgün şəraitdə saxlanması böyük əhəmiyyət kəsb edir. Ekspertlər vurğulayır ki, küçədə satılan yeməklər qısa müddətdə xarab olur: “Toyuq dönəri, toyuqlu plov, sadə plov, mayonezli qidalar və kremli şirniyyatlar kənarda saxlanılmamalı, mütləq soyuducuya qoyulmalıdır. Evdən kənarda yemək yeyərkən gigiyenik və etibarlı məkanlara üstünlük verilməlidir”.

Maye itkisi böyrək çatışmazlığına səbəb ola bilər
Xüsusilə risk qrupunda olan insanlarda maye itkisinin ölümcül nəticələr doğura biləcəyini xatırladan mütəxəssislər önərir ki: “Uşaqlarda, yaşlılarda və böyrək xəstələrində maye itkisi vaxtında müalicə edilməzsə, ağır fəsadlar verər. İshalın müalicəsində əsas ünsür orqanizmə kifayət qədər maye dəstəyinin təmin edilməsidir. Antibiotik hər zaman lazımlı deyil, o, mütləq həkim məsləhəti ilə istifadə olunmalıdır”.

İshalı olanlar hovuza girməməlidir
Yayda hovuz istifadəsi ilə bağlı da mühüm xəbərdarlıq edən mütəxəssislər bildirir: “İshalı olan şəxslər hovuza girməməlidir, çünki infeksiya asanlıqla başqalarına yoluxa bilər. Hovuz suyunun udulmaması, mümkünsə suya baş vurulmaması və hovuzdan sonra mütləq duş qəbul edilməsi infeksiya riskini azaldır”. Ekspertlər yay aylarında həm qida gigiyenasına, həm də hovuz qaydalarına əməl etməyin infeksiyalardan qorunmaq üçün ən effektiv üsul olduğunu vurğulayır.
Altay
