Logo

ABŞ-də qəribə hadisə: Televiziya yayımları dayandırıldı

ABŞ-də qəribə hadisə: Televiziya yayımları dayandırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-də Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (FEMA) və Federal Rabitə Komissiyası (FCC) noyabrın 17-də, çərşənbə axşamı, Fövqəladə Hallar Xəbərdarlıq Sisteminin (EAS) ölkə üzrə sınağını keçirib.

Sfera.az xəbər verir ki, sınaq zamanı televiziya, radio, kabel və peyk yayımları təxminən bir dəqiqəlik dayandırılıb.

Mobil telefonlara isə heç bir xəbərdarlıq göndərilməyib. Sınaq ABŞ-nin şərq vaxtı ilə saat 14:20-də, Bakı vaxtı ilə isə saat 23:20-də başlayıb. Yayımçılar adi proqramlarını dayandıraraq təxminən bir dəqiqəlik xəbərdarlıq mesajı yayımlayıblar.

Rəsmilərin əvvəlcədən açıqladığı mətnə əsasən, mesajda bildirilib:

“Bu, Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyi tərəfindən həyata keçirilən ölkə üzrə Fövqəladə Hallar Xəbərdarlıq Sisteminin sınağıdır. Bu, yalnız sınaqdır. Əhalinin hər hansı tədbir görməsinə ehtiyac yoxdur”.

Bəzi yayımçılar mesajı həm ingilis, həm də ispan dillərində yayımlaya bilərdilər. Eşitmə məhdudiyyəti olan şəxslər üçün isə xəbərdarlıq səs siqnalları ilə müşayiət olunub.

Sosial şəbəkələrdə yayılan televiziya ekranı fotosunda mesajın 17 noyabr 2026-cı il tarixində saat 14:20-dən 14:35-dək olan vaxtı əhatə edən üç səhifəlik mətn şəklində göstərildiyi iddia edilib. Lakin fotonun mənbəyi təsdiqlənməyib.

FEMA isə sınağın planlı və müntəzəm tədbir olduğunu, qeyd olunan texniki fasilələrlə heç bir əlaqəsinin olmadığını bildirib. Qurum gizli fövqəladə vəziyyətin mövcud olması ilə bağlı iddiaları da təkzib edib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR