Süni intellekt xətasına görə 6 ay həbsxanada yatdı

50 yaşlı qadın polis tərəfindən süni intellekt (Sİ) əsaslı üz tanıma sistemindən istifadə edilərək səhv müəyyənləşdirildikdən sonra həbs edilib.
Amerikalı Angela Lipps demək olar ki, bütün həyatını şimal-mərkəzi Tennessi ştatında yaşayıb. Ötən yay polis onu cinayət ittihamları ilə üzləşmək üçün Şimali Dakotaya apardıqda hər şey dəyişib. Qadın başına gələnləri media vasitəsilə danışıb.
Sfera.az bildirir ki, süni intellektlə işləyən üz tanıma Lippsin mütəşəkkil bank fırıldaqçılığı işində əsas şübhəli olduğunu müəyyən edib. Qadın dörd azyaşlı uşağına baxarkən silahla vurulduğunu xatırlayır.
"Bu o qədər dəhşətli idi ki, hələ də bunu dəfələrlə beynimdə canlandırıram"- deyə Lipps bildirib.
Qadın həbs olunaraq Tennessi ştatındakı həbsxanaya aparılıb. Potensial cinayətkar kimi o, girovsuz saxlanılıb. Fargo Polis Departamentinin araşdırmasından sonra Lipps, heç vaxt ziyarət etmədiyi Şimali Dakota ştatında ona qarşı şəxsi məlumatların icazəsiz istifadəsi ilə bağlı dörd və əlavə olaraq oğurluqla bağlı da dörd ittiham irəli sürüldüyünü öyrənib.
Tennessi ştatında qadına ekstradisiya prosesi üçün məhkəmə tərəfindən təyin olunmuş vəkil verilib. İttihamlarla mübarizə aparmaq üçün ona Şimali Dakotaya getməli olduğu deyilib.
2025-ci ilin aprel və may aylarında Fargo polis detektivləri bir neçə bank fırıldaqçılığı işini araşdırıblar. Onlar bir qadının on minlərlə dollar çıxarmaq üçün saxta ABŞ ordusunun şəxsiyyət vəsiqəsindən istifadə etdiyini görüblər və üz tanıma proqramından istifadə edərək onu müəyyən etməyə çalışıblar.
Məhkəmə sənədləri göstərir ki, proqram təminatı üzü Angela Lipps kimi müəyyən edib. Məhkəmə sənədlərinə görə, işə cavabdeh olan Fargo detektivi daha sonra Lippsin sosial media hesablarını və Tennessi sürücülük vəsiqəsinin şəklini araşdırıb.
Detektiv ittihamnaməsində qadının üz cizgilərinə, bədən quruluşuna, saç düzümünə və dəri rənginə əsasən şübhəli şəxsə bənzədiyini yazıb. Lipps öz növbəsində qeyd edib ki, Fargo polis şöbəsindən heç kim onu sorğu-sual etmək üçün çağırmayıb.
Şimali Dakotadan olan zabitlər Lippsi həbsindən 108 gün sonra Tennessi həbsxana kamerasından götürüblər. Ertəsi gün o, ittihamlara qarşı apelyasiya şikayəti vermək üçün ilk dəfə Şimali Dakota məhkəmə zalında çıxış edib.
Süni intellekt köməkçisi birdən-birə yeni süni intellektlə əvəz olunmaqdan "qorxub". Nəticədə, Lippsin bank çıxarışları onun cinayət baş verdiyi vaxt Tennessidəki evində olduğunu göstərib. Fargo polisi tərəfindən dindirildikdən beş gün sonra iş bağlanıb və o, həbsxanadan azad edilib. Ümumilikdə, amerikalı qadın beş aydan çox polis bölməsində qalıb.
Qadın Fargo polisinin həbsxanadan azad edildikdən sonra evə qayıtması üçün xərcini ödəmədiyini də qeyd edib. Yerli vəkillər ona otel otağı və yemək üçün pul veriblər.
"Gələndə yay paltarları geyinmişdim, palto yox idi, çöldə çox soyuq idi, yerdə qar var idi, qorxurdum, çölə çıxmaq istəyirdim, amma nə edəcəyimi, evə necə çatacağımı bilmirdim"- deyə Lipps dəhşətli günləri xatırlayır.
Aynil
Sfera.az
