Ölümündən əvvəl bütün keçmişini silən Peter Berqmanın hekayəsi

Bəzi hekayələr əvvəldən sona qədər cavablardan daha çox sualla hörülür. Diqqətlə planlaşdırılmış bir tamaşa kimi, hər səhnə sirr içində örtülmüşdür; lakin aktyorlar, dekorasiya və sonluq qeyri-müəyyənlik pərdəsi arxasında gizlənir.
Sfera.az bildirir ki, eynən 2009-cu ilin yayında İrlandiyanın kiçik sahil şəhəri Slayqoya gələn bir qəribin hekayəsi tam olaraq belə bir tapmacadan ibarətdir. Onu axtaran, ölümünə yas tutan yox idi. Səssizcə gəldi, üç gün qaldı və sonra dəniz sahilində çılpaq tapıldı. Kimliyi hələ də məlum olmayan bu adam özünü "Peter Berqmann" adlandırmışdı. Amma nə verdiyi nə ünvan gerçək idi, nə də keçmişindən əsər-əlamət yox idi. Qalan tək şey təhlükəsizlik kameralarının səssiz qeydləri, atılmış sənədlər və böyük bir sual işarəsi idi. Bu gün polis qeydlərində həll olunmamış bir sirr olaraq qalan bu iş, müasir dövrün ən qəribə naməlum işlərindən birinə çevrilib. Çünki Berqmann təkcə fiziki deyil, həm də şəxsiyyət baxımından tamamilə yox olmaq istəyirdi. Niyə bir insan bütün izləri silib bu dünyadan uzaqlaşmaq istəsin? Onu bura nə gətirmişdi? Ən əsası: Bu adam kim idi?
Sfera.az ölümündən əvvəl özünə aid hər şeyi silən Peter Berqmannın hekayəsini təqdim edir. 2009-cu ilin iyun ayında isti bir günortadan sonra qara geyimli arıq bir kişi İrlandiya sərhədi yaxınlığındakı kiçik, sakit sahil şəhəri olan Sliqoya gəlib.
Heç kim bu adamın kim olduğunu bilmirdi. Üç gün sonra, heç kimin onun nə etdiyini dəqiq anlaya bilmədiyi bir həftəsonundan sonra ölü tapıldı. Elə həmin andan etibarən Peter Berqmann kimi tanınan bu adam, cavablardan daha çox sual qoyaraq tarixin ən qəribə naməlum işlərindən birinin mərkəzinə çevrildi.
Kişinin səyahəti Şimali İrlandiyanın Derri şəhərində başladı. Günortadan sonra avtobusa minib və günəş batarkən Slayqoya çatıb. Saat 18:28-də avtobusdan düşərək taksi ilə şəhər mərkəzinə gedib. Bəziləri onun bu qədər qısa məsafəyə taksi ilə getmək qərarını Slayqo ilə tanış olmamasının əlaməti kimi qəbul etdilər. Lakin, yaşı, daşıdığı iki çanta və fiziki vəziyyəti nəzərə alınmaqla, bu təəccüblü deyildi.
Oteldə bir otaq taparaq üç gecə əvvəlcədən ödəniş edib. Reyestrdə Vyana ünvanını "Ainstettersn 15, 4472," adını Peter Berqmann kimi qeyd edib. Şəxsiyyət vəsiqəsi istənilmədi və ya heç bir sənəd təqdim edilmədi. Bu, çox asan idi.
Ertəsi gün Peter Berqmann səhər saat 10:49-da poçt şöbəsinə gedərək səkkiz marka və bir neçə hava poçtu etiketi götürüb. Daha sonra şəhərdə gəzdi, çöldə yemək yedi və bəzən siqaret çəkdi. Sakit, təmkinli, lakin diqqət çəkən bir insan idi.
Dənizə baxr, dərindən araşdırır, məmnun görünürdü.
15 iyun Bazar ertəsi günü günorta saatlarında oteldən çıxıb. Bənövşəyi plastik torba və qara çamadan qoyub. Şəhərdən keçərək avtobus dayanacağına qədər dolama yolla gedib. Bir anda bir mağazanın qarşısında dayanaraq, sanki kiminləsə görüşəcəkmiş kimi gözləyib. Sonra əlindəki kağızlara yazdığı qeydləri səssizcə oxuyaraq, cırıb və zibil qutusuna atıb, başqa şəhərə gedən avtobusa minib.
Həmin gün onu çimərlikdə ən azı 16 nəfər gördü. O, rəsmi geyimdə olsa da, şən əhval-ruhiyyədə yoldan keçənləri salamlayıb. Gizlənmirdi; əksinə, sanki varlığını görünən etmək istəyirdi.
Ertəsi gün bir ata və oğul çimərlikdə gəzərkən Peter Berqmanın cəsədinə rast gəliblər.
O, çılpaq idi. Əşyaları sahilə səpələnmişdi. Pulqabı, pulu və şəxsiyyət vəsiqəsi yox idi. Paltarındakı bütün etiketlər qayçı ilə kəsilmişdi. Boğulmuşdu, amma bədənində döyülmə, narkotik və ya zorakılıq əlamətləri yox idi. Meyit müayinəsi nəticəsində kişinin ağır prostat xərçəngi və geniş yayılmış sümük şişləri olduğu məlum olub. O, infarkt keçirmişdi və böyrəyi yox idi. Amma ən təəccüblü detal heç bir ağrıkəsici qəbul etməməsi idi.
Polis onun verdiyi ünvanı araşdırıb. Vyanada həmin küçədə heç kim yaşamırdı. Onun məktubları da tapılmayıb. Təhlükəsizlik kamerası görüntülərində Berqmanın hər gün bənövşəyi çanta ilə oteldən çıxdığı və boş qayıtdığı görünürdü. Görüntülərdə onun əşyalarını diqqətlə şəhərin zibil qutusuna atdığı, sanki kameraların görüntüsündən qəsdən yayındığı görünürdü. O, sanki bir ruh kimi görünmədən yox olmaq istəyirdi.
2019-cu ilin may ayında jurnalist və yazıçı Fransisko Qarsiya bu hekayəni araşdırmaq üçün Sliqoya gedib.
O, Berqmanın qaldığı otelə gedib, eyni yollardan keçib. İş üzrə işləyən detektiv müfəttiş Rey Mulderriqlə görüşüb. Rey ona:
“Bu adam təsadüfən gəlməyib. Hər hərəkəti planlaşdırılmış kimi görünür. Əsl sual isə budur: Niyə Sliqo?" -deyib.
Onlarla nəzəriyyə, onlarla ehtimal var idi. Amma konkret dəlil yox idi.
Peter Berqmann adı təkcə Sliqonun deyil, həm də internetdəki Reddit mövzularının, sənədli filmlərin və müstəntiqlərin sirli qəhrəmanına çevrildi. Bəziləri onun agent, digərləri isə yaxınları üçün həyat sığortası qoymaq istəyən xəstə bir adam olduğunu düşünürdü. Amma bəlkə də o, sadəcə bu dünyanı sakitcə, izsiz tərk etmək istəyən biri idi.
Bəziləri hətta bütün hekayənin əslində irlandiyalı sənədli film rejissoru Ciaran Kassidi tərəfindən ağıllı şəkildə qurulmuş bir ssenari olduğunu iddia edirlər.
Onun 2013-cü ildə çəkdiyi “Peter Berqmanın Son Günləri” sənədli filmi uzun müddət bu sirli işin demək olar ki, yeganə media tərəfindən işıqlandırılması oldu. Bəziləri filmi real cinayətlərə olan obsesif marağa avanqard cavab kimi şərh edir. Lakin Kassidi hadisənin tamamilə doğru olduğunu iddia edir.
Peter Berqmanın nə onu axtaran ailəsi, nə də yas tutan birisi yox idi.
Yalnız bir neçə vəkil və bu işə peşəkarcasına cəlb olunmuş bir neçə nəfər... Onun hekayəsi bir neçə təsadüf nəticəsində yaranan parçalanmış xatirələr kimi qalır. Taksi sürücüsü tərəfindən xatırlanan nəzakətli bir sərnişin. Onu çimərlikdə görən, lakin son anlarına şahid olduqlarının fərqinə varmayan insanlar. Bəziləri işin çox erkən bağlandığına, digərləri hələ də kiminsə onun kim olduğunu bildiyinə inanır.
“Irish Times” qəzetinin bir podkastından sonra maraq yenidən canlansa da, təqaüdçü detektiv Rey Mulderriq deyir ki, indiyə qədər heç kim inandırıcı məlumat verməyib.
Aynil




