Logo

Oğurladığı 300 minlik saatı geri qaytardı

Oğurladığı 300 minlik saatı geri qaytardı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yaponiyanın paytaxtı Tokionun Nakano bölgəsində yerləşən saat mağazasından oğurlanan, təxminən 292 min dollar dəyərində lüks qol saatı bir neçə gün sonra mağazaya geri göndərilib.

Sfera.az xəbər verir ki, Yaponiya polisi hadisə ilə bağlı açıqlamasında bildirib ki, mağazaya gələn şəxs saatı yoxlamaq bəhanəsi ilə götürərək hadisə yerindən qaçıb.

Məlumata görə, oğurluqdan bir neçə gün sonra mağazaya içərisində həmin saat olan bağlama göndərilib. Bağlamanın içərisində əl yazısı ilə qələmə alınmış üzrxahlıq məktubu da olub.

Polis bağlamanın saxta ad və ünvanla göndərildiyini, mağaza əməkdaşlarının isə geri qaytarılan saatın oğurlanan məhsul olduğunu təsdiqlədiklərini bildirib.

Hazırda hüquq-mühafizə orqanları hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində araşdırmaları davam etdirir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR