Bekhemlər oğullarını belə təbrik etdilər - Fotolar

Britaniyalı keçmiş futbolçu Devid Bekhem və həyat yoldaşı Viktoriya oğulları Bruklinin ittihamlarından və valideynləri ilə ünsiyyətdən imtina etməsindən sonra ona müraciət ediblər.
Sfera.az bildirir ki, aralarındakı ədavətə baxmayaraq, məşhur valideynlər onu sosial media vasitəsilə təbrik ediblər.
Devid “İnstaqram”da oğlu ilə arxiv fotolarını paylaşıb. Şəkillərdən birində Devid, Viktoriya və hovuzda çox gənc Bruklinin şəkilləri var. Futbolçunun qeyd etdiyi kimi, onlar hər şeyə baxmayaraq Bruklini sevirlər.
"Bu gün 27 yaşındır. Ad günün mübarək! Səni sevirik"- deyə Devid Bekhem yazıb.
Qeyd edək ki, Bekhemlərin ilk oğlu bu yaxınlarda 2022-ci il toyundan bəri ailədə böyük parçalanmaya səbəb olan bir neçə hadisəni, xüsusən də anası Viktoriya Bekhemin səhnəyə Nikola əvəzinə müğənni Mark Entoni tərəfindən ilk rəqs üçün dəvət edilməsini paylaşıb.
"Ailəmlə barışmaq istəmirəm. Bütün həyatım boyu valideynlərim ailəmiz haqqında medianı idarə ediblər"- deyə o yazıb.
Bruklin deyib: "Bu yaxınlarda öz imiclərini qorumaq üçün ,mediada saysız-hesabsız yalanlar yaymaq üçün nə qədər səy göstərməyə hazır olduqlarını öz gözlərimlə gördüm, əsasən günahsız insanların hesabına".
Oğlu xüsusilə, Viktoriyanın onu həyat yoldaşına qarşı qoymaqda ittiham edib.
Aynil






