Su bu gənc qadın üçün həyat yox allergiya mənbəyidir

Su bu gənc qadın üçün həyat yox allergiya mənbəyidir
Kateqoriya məlum deyil
T

Su əksər insanlar üçün adi bir ehtiyac olsa da, 23 yaşlı Çelsi üçün ciddi bir sağlamlıq problemidir. Nadir su allergiyası səbəbindən hər duşdan sonra ağrılı səpgilər yaşadığını deyən gənc qadın, təcrübələrini bölüşərək "Əziyyət çəkirəm" deyib.


Sfera.az bildirir ki, milyardlarla insanın ehtiyacı olan su, 23 yaşlı Çelsi üçün ciddi bir sağlamlıq problemidir.

 

Sosial mediadakı paylaşımları ilə diqqət çəkən gənc qadın, su ilə təmasda olduqda dərisində şiddətli qaşınma və ağrılı səpgilər yaşadığını izah edir.

 

Çelsi, duş qəbul etməyə davam etdiyini, lakin hər dəfə güclü ağrı yaşadığını bildirib. 


"Mən də hamı kimi duş qəbul edirəm, amma sonra şiddətli ağrı və qaşınma ilə mübarizə aparıram"- deyə gənc qadın suyu içə biləcəyini, lakin dərisi ilə təmasdan qaçınmaq üçün son dərəcə diqqətli olmalı olduğunu vurğulayıb.


Çelsi yağış və tər də daxil olmaqla bütün növ suyun dərisində reaksiyaya səbəb olduğunu və bunun nəticəsində üzündə, kürəyində, sinəsində və qollarında ağrılı səpgilər yarandığını deyir. 

 

O, aylıq iynələr aldığını və hər gün müntəzəm olaraq dərman qəbul etdiyini bildirərək əlavə edib ki, ona təxminən 13 yaşında bu diaqnoz qoyulub.

 

Aynil

Gallery image 1
Thumbnail 1
PAYLAŞ