İrem Helvacıoğlu: “İlk şəkil mənim üçün çox dəyərlidir”

İrem Helvacıoğlu: "İlk şəkil mənim üçün çox dəyərlidir"
Kateqoriya məlum deyil
T

Türk aktrisası İrem Helvacıoğlu, qızı Soranın şəkillərini sosial şəbəkələrdə paylaşaraq bu anı xüsusi hisslərlə ifadə edib. Aktrisa, kiçik qızının geyindiyi paltarın və yanındakı oyuncaqların bir zamanlar özünə məxsus olduğunu bildirib.

 

Sfera.az xəbər verir ki, 2024-cü ildə müğənni Ural Kasparla evlənən İrem Helvacıoğlu, tezliklə ana olacağını açıqlamış və 15 oktyabrda ilk dəfə qızı Soranı qucağında tutaraq analıq sevincini yaşamışdı. 


“İlk şəkil mənim üçün çox dəyərlidir”


Sosial mediada Soranın yeni şəkillərini paylaşan Helvacıoğlu, bu anı xüsusi hisslərlə ifadə edib:


“İlk şəkil mənim üçün çox dəyərlidir. Geyindiyi paltar və yanındakı oyuncaqlar bir vaxtlar mənim idi. Həyatımın ən mənalı fevral ayını keçirdim. Hər an üçün Allaha şükür... Zamanın amansızcasına uçduğunu bilirdim, amma sən gələndə bunu daha yaxşı başa düşdüm”.


“Sənə öyrətdiklərim, mənə öyrətdiklərin”


İrem Helvacıoğlu keçmişdəki uşaqlıq dövrünü xatırlayaraq belə deyib:


“Uşaq vaxtımı da çox dolğun keçirdiyimi xatırlayıram. Sonuncu dəfə anların bəzən yavaşlaya biləcəyini gördüm və hiss etdim; uşaq vaxtımda ürəyimin çox isti, günəşin çox parlaq və quşların rənglərinin çox canlı olduğunu. Sənə bir şey öyrətmək istəyəndə başa düşdüm ki, məni həqiqətən öyrədən sənsən. Sevgi və dəyər əvvəlcə özündə yaşamalıdır; təşəkkür edirəm, bunu sənin sayəndə öyrəndim”.


“Gəldiyinə çox şadam”


Helvacıoğlu, qızına sevgi dolu bir mesaj da yazıb:


“İndi bütün bunları sənə göstərməyə hazıram. Narahat olma, mələyim, anan həmişə səninlədir: Qorxduğun zaman qarşında, mənə ehtiyacın olanda yanında, məni görə bilmədiyin zaman arxanda və məni hiss etdiyin zaman ürəyində... İstədiyin zaman orada olacağam, amma həmişə yanında olacağam. Anan səni çox sevir. Məni seçdiyin üçün təşəkkür edirəm, gəldiyin üçün çox şadam”.


İrem Helvacıoğlu, analıq sevincini sosial mediada açıq şəkildə paylaşmağa davam edir və həyatında yaşadığı bu yeni dönəmi izləyiciləri ilə bölüşür.


Mənsumə
Sfera.az

PAYLAŞ