Davranışına görə ziddiyətli olan bürclər - ADLAR

Bəzi bürclər davranışlarında ziddiyyətli və dəyişkən olduqları üçün “ikiüzlü” kimi xarakterizə edilir. Astroloqlar vurğulayır ki, bu xüsusiyyət daha çox uyğunlaşma bacarığı, emosional dəyişkənlik və diplomatik davranışla bağlıdır.
Əkizlər
Əkizlər bürcü dəyişkən təbiəti və tez-tez fikir dəyişdirməsi ilə seçilir. Astroloqlar bildirirlər ki, Əkizlər əslində vəziyyətə uyğunlaşmağı bacaran, ünsiyyətcil və çoxşaxəli düşünən insanlardır.
Tərəzi
Tərəzilər balans və harmoniya axtarışındadır. Onlar mübahisələrdə hər iki tərəfi başa düşməyə çalışdıqları üçün bəzən qeyri-sabit və ya səmimiyyətsiz kimi görünə bilərlər. Halbuki məqsədləri konflikt yaratmamaq və münasibətləri qorumaqdır.
Balıqlar
Balıqlar emosional və həssasdır. Onlar bəzən öz hisslərini gizlədə və ya qarşı tərəfi incitməmək üçün fərqli davranış sərgiləyə bilərlər. Bu isə kənardan baxanda “ikiüzlülük” kimi qiymətləndirilə bilər.
Əqrəb
Əqrəblər sirli və ehtiyatlı olduqları üçün hisslərini hər zaman açıq göstərmirlər. Bu da onların davranışlarını bəzən anlaşılmaz edir. Astroloqlara görə, Əqrəbin əsas xüsusiyyəti ikiüzlülük yox, güclü intuisiya və özünü qoruma instinktidir.
Fidan Hacızadə
Sfera.az
