Gərginlik pik həddə: hücumlar vaxtı paytaxtdan təyyarə havaya qalxdı

Bu gün səhər saatlatında İsrailin Beyruta hava hücumları zamanı sərnişin təyyarəsi havaya qalxıb. Ən əsası, uçuş Livan paytaxtında tüstü və partlayışlar arasında baş verib.
Sfera.az bildirir ki, təyyarənin tüstü buludları və partlayış səsləri arasında səmada qalxdığı görünür.
Qeyd etmək lazımdır ki, bu gün İsrail Müdafiə Qüvvələri (İMQ) “Telegram” kanalında Hizbullahın silahlanma əməliyyatları rəhbərinin öldürüldüyünü elan edib.
Ötən gün İsrail Hərbi Dəniz Qüvvələri Beyrut yaxınlığında hava hücumu həyata keçirib və Livan Qüds Qüvvələrinin qərargah rəisi və “Hizbullah”ın silah təchizatının əsas koordinatoru Rza Xuzayi öldürülüb.
Xuzay “Hizbullah” və İran arasında əlaqədən məsul olub, silah qaçaqmalçılığına nəzarət edib və Livanda silah istehsalını idarə edib. O, həmçinin əvvəlki hücumlardan sonra Hizbullahın hərbi potensialının artırılmasını və qüvvələrinin dayanıqlığını əlaqələndirib.
İDF İran rejiminin rəhbərliyi altında İsrailə qarşı təhlükə törətdiyi üçün “Hizbullah”a qarşı qətiyyətli hərəkət edəcəyini vurğulayır.
3 martda İsrail qüvvələri Livanın cənubunda hücuma keçərək Beyrut və Hizbullahın əsas hədəflərinə genişmiqyaslı hava hücumları təşkil edib. İDF-nin 91-ci Regional Diviziyası müdafiəni gücləndirmək və İsrail yaşayış məntəqələrinə hücumların qarşısını almaq üçün sərhəd yaxınlığında yerləşdirilib. Hərbi hədəflərə hücum təhlükəsi səbəbindən 50-dən çox Livan kəndinin sakinlərinə təxliyə əmri verilib. Buna cavab olaraq “Hizbullah” ölkənin şimalında və Qolan təpələrində İsrail hava bazalarına və hərbi məntəqələrinə hücumlar barədə məlumat verib.
Aynil
