Şakira özündən 15 yaş kiçik aktyorla yeni sevgi münasibətinə başladı

Jerar Pike ilə uzun müddət şəxsi həyatını ictimaiyyətdən uzaq tutan Şakira indi yeni bir sevgi şayiəsi ilə diqqət mərkəzindədir.
Sfera.az bildirir ki, 48 yaşlı dünyaca məşhur müğənninin özündən 15 yaş kiçik aktyor və model Lüsyen Lavikontla yaxınlaşdığı iddia olunur. İkisinin intim fotoları sosial mediada tez bir zamanda yayılıb.
Kolumbiyalı müğənni 12 ildir birlikdə olduğu futbolçu Jerar Pikedən ayrıldıqdan sonra uzun müddət dünya mətbuatının manşetlərində yer alırdı.
Xəyanət üzə çıxdıqdan sonra cütlüyün münasibətləri demək olar ki, məhv oldu. İddialara görə, Şakira peşəsi ilə əlaqədar olaraq tez-tez xaricə konsertlərə gedirdi və bu dövrlərdə uşaqları Pike ilə birlikdə qalırdı. Evlərindəki soyuducuda həmişə Şakiranın ən sevdiyi mürəbbə olurdu. Evdə Şakiradan başqa heç kim bu mürəbbəni bəyənmirdi. Lakin ulduz səfərdən qayıdanda mürəbbənin yeyildiyini görüb. Şübhələr də elə o zaman başlamışdı.
Daha sonra Şakira Pikenin başqa bir qadınla münasibətdə olduğunu, hətta bu şəxsin onun evinə gəlib onun əşyalarından istifadə etdiyini öyrənib.
Ayrılıq prosesi xəyanət qədər sərt idi. Uşaqlar uğrunda aylarla davam edən qəyyumluq mübarizələri və eyhamlarla dolu mahnılarla Şakira hisslərini və qəzəbini musiqiyə tökdü.
Bu qarışıq dövrdən sonra Şakira özünü tamamilə karyerasına və uşaqlarına həsr etdi, şəxsi həyatını ictimaiyyətin diqqətindən kənarda saxlamağa üstünlük verdi.
Uzun müddətdir heç kimlə əlaqəsi olmayan ulduz indi yeni bir sevgi şayiəsi ilə diqqət mərkəzindədir.
48 yaşlı Şakiranın özündən 15 yaş kiçik britaniyalı aktyor və model Lüsen Lavikontla yaxın münasibət qurduğu iddia edilir. İkisinin birlikdə çəkdirdikləri intim fotoların internetdə görünməsi şayiələri daha da artırıb.
Lakin, bu fotoların sevgi elanı, yaxud layihə üçün çəkildiyi hələlik məlum deyil. Gözləyib görəcəyik.
Aynil






