Sevgidə ən sədaqətli 4 bürc

Sevgi yalnız hiss deyil, eyni zamanda sədaqət və etibardır. Elə bürclər var ki, münasibətə başladılarsa, sona qədər davam etməyi bacarırlar. Onlar üçün xəyanət qəbuledilməzdir.
Sfera.az sevgidə ən sədaqətli bürcləri təqdim edir:
Buğa
Buğa bürcü münasibətdə sabitliyi və güvəni hər şeydən üstün tutur. Sevdiyi insana bağlanır və asanlıqla vaz keçmir. Çətinliklər onu qorxutmur, əksinə münasibəti daha da möhkəmləndirir.
Xərçəng
Xərçəng üçün sevgi ailə qurmaq niyyəti deməkdir. O, sevdiyi insana sadiq qalır, emosional bağa böyük önəm verir. Münasibətdə xəyanəti heç vaxt bağışlamır.
Əqrəb
Əqrəb sevəndə dərin və ciddi sevir. O, münasibətdə tam sədaqət gözlədiyi kimi, özü də bu cür davranır. Etibarını qazanan insan üçün hər cür fədakarlığa hazırdır.
Qız
Qız bürcü məsuliyyətli və diqqətlidir. Münasibətdə boş və keçici əlaqələrə maraq göstərmir. Sevdiyi insana qarşı dürüst və sadiq qalmağa çalışır.
