Stilinizə dəyər qatan 5 əsas detal

Stilinizə dəyər qatan 5 əsas detal
Kateqoriya məlum deyil
T

Moda dünyasında bahalı görünmək üçün hər zaman çox pul xərcləmək lazım deyil. Stil ekspertləri bildirirlər ki, doğru parçalar və incə detallara diqqət yetirməklə geyiminizi daha şık və prestijli göstərə bilərsiniz.


Sfera.az oxucular üçün geyimi vizual olaraq dəyərli edən 5 əsas detalı təqdim edir:


Keyfiyyətli bej rəngli paltolar


Yaxşı kəsimli və keyfiyyətli bir palto hər zaman klassik və "bahalı" görünüş yaradır. Bej kimi neytral tonlar həm işgüzar, həm də gündəlik kombinlər üçün ideal seçimdir. Bu tip üst geyimləri ən sadə kombinləri belə yüksək səviyyəyə qaldırır.


Ağ idman ayaqqabıları: Sadəlikdəki zəriflik


İdman ayaqqabıları son illərin ən populyar trendlərindən biridir. Lakin burada əsas şərt onların ağ və qüsursuz təmiz olmasıdır. Hamar və zədəsiz ağ ayaqqabılar sadə geyimi dərhal daha zərif göstərir. Moda ekspertləri qeyd edirlər ki, düzgün ayaqqabı seçimi ümumi obrazın təsirini birbaşa artırır.


Obrazı tamamlayan çantalar


Geyiminizlə harmoniyada olan minimalist və keyfiyyətli çanta bahalı görünüşün vacib elementidir. Zərif və sadə dizaynlı çantalar geyimin bütün detallarını birləşdirir və onu daha dəbli göstərir. Ekspertlərin fikrincə, keyfiyyətli bir çanta bəzən bahalı brend geyimlərdən daha çox diqqət çəkir.


Aksessuarlarla cəlbediciliyi yüksəldin


Hər hansı bir geyimi daha dəyərli göstərmək üçün incə aksessuarlar əvəzsizdir. Minimalist üzüklər, incə sırğalar və ya zərif qolbaqlar hətta ən sadə kombini belə fərqli və nəfis göstərə bilər.


Kaşmir parçalar


Kaşmir sviterlər, şərflər və kardiqanlar dərhal klassik və kübar görünüş yaradır. Onlar həm rahatlığı, həm də cəlbediciliyi ilə seçilir və illər keçsə də stilinizi aktuallığını itirməyə qoymur.


Mənsumə 
Sfera.az

PAYLAŞ