Moda nümayişində Mark Zuckerberg və həyat yoldaşının geyimləri gündəm oldu

Texnologiya maqnatı Mark Zuckerberg və həyat yoldaşı Priscilla Chan Milanda keçirilən “Prada” şousunda Hollivud ikonları üçün ayrılmış yerləri tutaraq sürpriz şəkildə ön sırada görülüblər.
Sfera.az bildirir ki, məşhur cütlük Zuckerberglərin peyda olması Milan Moda Həftəsinin əsas intriqası olub. VIP oturacaqlardakı qonaqların adları son ana qədər gizli saxlanılıb. Moda ictimaiyyəti Rihanna və ya Zendayanı orada görəcəyini gözləsə də, film və səhnə ulduzları əvəzinə “Meta”nın qurucusu çoxsaylı mühafizəçilərin əhatəsində peyda olub.
Cütlük təkcə moda nümayişində iştirak etməyib, həm də Priscillanın 24 fevralda İtaliyada 41 yaşını qeyd edib. Mark sosial mediada günəşli küçələrdə gəzintilərinin və axşam görünüşlərinin fotolarını paylaşıb.
Markın yüksək moda dünyasına inteqrasiya cəhdlərinə baxmayaraq, hamı onun "moda açılış məclisini" qiymətləndirməyib. Digər məşhurlardan fərqli olaraq, cütlük olduqca təmkinli davranıb və digər qonaqlarla demək olar ki, ünsiyyət qurmayıb.
Bəziləri Zuckerbergi Ceff Bezosu təqlid etməkdə və süni şəkildə öz stil ikonu statusunu "almağa" çalışmaqda ittiham edirlər. Digərləri isə incəsənətin kommersiyalaşdırılmasını lağa qoyublar:
"Modanın yüksək maaş yox, yaradıcılıqla bağlı olduğunu hələ də bilməyən varmı?"-deyə istifadəçilərdən biri yazıb.
Aynil




