64 yaşlı Cim Kerri tanınmaz halda dəyişdi - Fotolar

64 yaşlı Cim Kerri tanınmaz halda dəyişdi - Fotolar
Kateqoriya məlum deyil
T

64 yaşlı amerikalı aktyor Cim Kerri Parisdə keçirilən Sezar Film Mükafatlarında ən yüksək mükafatı yeni görünüşünü nümayiş etdirərək alıb.


Sfera.az bildirir ki, nadir hallarda ictimaiyyət qarşısında çıxan Cim Kerri Fransa paytaxtında keçirilən 51-ci mükafatlandırılma mərasimində iştirak edib. 


Cim Kerri kəskin şəkildə dəyişib.

 

Fasiləyə baxmayaraq, 64 yaşlı Cim ötən il "Sonic the Hedgehog 3" filmində Dr. Robotnik rolu ilə debüt edib və pula ehtiyacı olduğu üçün öz işinə qayıtdığını etiraf edib. 

 

Parisdəki “L'Olympia”da keçirilən möhtəşəm mərasimdə aktyora işinə görə fəxri mükafat təqdim edilib.

 

Cim uzun saçları və "yeni" siması ilə ictimaiyyət qarşısına çıxıb. Həkimlər aktyorun plastik əməliyyat keçirdiyi və botoks tətbiq etmə ehtimalının yüksək olduğunu düşünürlər.

 

Beverli Hillsin aparıcı plastik cərrahı Millisent Rovelo hesab edir ki, aktyorun blefaroplastikası - göz qapağı əməliyyatı keçirdiyi aydın görünür.


"2024-cü il fotosunda yuxarı göz qapaqlarında çoxlu sayda artıq dəri görünür və gözlərin xarici künclərindən asılıb. Yeni videoda bu dəri çıxarılıb və bu da gözləri daha böyük və yuvarlaq göstərir"- deyə Rovelo izah edib.

 

O, əlavə edib ki, Cim Kerri ümumiyyətlə tanınan ümumi üz görünüşünü qoruyub saxlayıb və hazırkı göz forması aktyorun gənclik dövründəki formasına bənzəyir.

 

Həkim aktyorun üzündə başqa cərrahi müdaxilələrin əlamətlərini görməyib. Lakin o, "Maska” ulduzuna xeyli sayda Botoks inyeksiyası olunduğunun aşkar hiss edildiyini bildirir.

 

Aynil

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
PAYLAŞ