Bred Pittin oğlu atasından imtina etdi

Bred Pittin oğlu atasından imtina etdi
Kateqoriya məlum deyil
T

Ancelina Coli və Bred Pittin böyük oğlu Meddoks anasının yeni filminin titrlərində "Pitt" soyadını çıxarıb.

 

Sfera.az bildirir ki, 24 yaşlı Meddoks Colinin rol aldığı bu yaxınlarda yayımlanan "Couture" dram filmində rejissor köməkçisi kimi çalışıb. Ancelina döş xərçəngi diaqnozu qoyulmuş qadın Maksin Uokeri canlandırır. Film Fransa kinoteatrlarında nümayiş olunanda Meddoksun adı son titrlərdə "Meddoks Coli" kimi qeyd olunub.


Bred Pittin oğlu ondan imtina edib.

 

2024-cü ildə onun adı, Colinin yunan opera müğənnisi rolunu oynadığı "Maria" filminin titrlərində Maddoks Coli-Pitt kimi qeyd edilmişdi.

 

Qeyd edək ki, Colinin keçmiş əri ilə daha beş övladı var: 22 yaşlı Paks, 21 yaşlı Zahara -övladlıq  və üçü bioloji - 19 yaşlı Şiloh və 17 yaşlı əkizlər Vivienn və Knoks.

 

Maddoks aktyorun övladları arasında soyadını ləğv edən yeganə şəxs deyil. Zahara məktəbində keçirilən mərasimdə adından Pitti çıxarmışdı. Qız özünü "Zahara Marley Coli adlandırıb. 2024-cü ildə Şiloh da atasının soyadını ləğv edib.

 

Mənbə bildirib ki, 62 yaşlı Bred həm onun, həm də Colinin ilk bioloji qızı Şilohun atasının soyadından imtina etməsindən xəbərdardır və çox kədərlənib.

 

"O, Şilohun soyadını unutmasından həm xəbərdar, həm də məyusdur. Heç vaxt qızının doğulduğu an qədər böyük sevinc və xoşbəxtlik hiss etməyib. O, həmişə qız arzulayıb"- deyə mənbə bildirib.

 

"Uşaqlarını itirdiyini xatırlatmaq, şübhəsiz ki, Bred üçün çətindir. O, uşaqlarını sevir və onlar üçün darıxır. Bu, çox kədərlidir"- deyə mənbə əlavə edib.

 

Aynil

PAYLAŞ