Aktrisadan etiraf: “Qırışsız qalmaq mənlik deyil”

Türk televiziya tarixinin ən yaddaqalan seriallarından olan “Aşk-ı Memnu”da Firdevs Yöreoğlu obrazını canlandıran məşhur aktrisa Nebahat Çehre estetik əməliyyatlarla bağlı açıqlaması ilə yenidən gündəmə gəlib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, 81 yaşlı sənətçi müxbirlərin “Estetik əməliyyat aktyorluğa maneədirmi?" "Estetik etdirən aktrisa mimikalarını itirə bilərmi?” sualını cavablandırıb.
Çehre bildirib ki, özü bu cür müdaxilələrə isti yanaşmır:
“Bildiyiniz kimi, mən etdirmirəm. Təbii halımı saxlamışam. Əlbəttə, edilsəydi bəlkə yaxşı olardı, amma belə şeylərdən qorxuram. Üzümü riskə atmaq istəmirəm. Xətlərimin şişməsi və qırışsız qalması məni qorxudur”.
Aktrisa əlavə edib ki, bəzi prosedurlar üz ifadələrinə mənfi təsir göstərə bilər:
“Dərini həddindən artıq sıxırlar və ya doldururlar. Bu, insan üçün zərərli ola bilər. Amma üzündə heç nəyi dəyişdirmədən prosedur etdirənlər də var. Bu, onların öz seçimidir”.
Çehrenin sözləri sosial mediada geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi sənətçinin təbii görünüşünü qorumasını alqışlayıb, bəziləri isə estetik müdaxilələrin artıq müasir dövrdə adi hala çevrildiyini də qeyd edib.
Mənsumə
Sfera.az
