Tənhalığı sevən 5 BÜRC

Tənhalığı sevən 5 BÜRC
Kateqoriya məlum deyil
T

Astroloqların fikrincə, yalnız olmaq hər zaman “tənha qalmaq” demək deyil. Bəzi insanlar tək qalmaqdan zövq alır, özləri ilə vaxt keçirməyi sevir, hətta təkbaşına səyahətə çıxmaqdan və ya restoranda bir nəfərlik masa sifariş etməkdən çəkinmirlər.

 

Digərləri üçün isə yalnızlıq bəzən seçim deyil, daxili hisslərin nəticəsidir. Mütəxəssislərə görə, bəzi bürclər var ki, ya təbiətcə müstəqildirlər, ya da daxili dünyalarına qapandıqları üçün özlərini tez-tez yalnız hiss edirlər.

 

Sfera.az astroloqların siyahısında yer alan həmin 5 bürc təqdim edir:

 

Oğlaq

 

Oğlaq bürcü karyera və uğur mövzularını şəxsi həyatından üstün tutur. Astroloqlar bildirirlər ki, məqsədlərinə çatmaq üçün sosial əlaqələri ikinci plana ata bilirlər. Bu isə zamanla onların ətraf mühitdən uzaqlaşmasına səbəb olur. Oğlaqlar güclü və müstəqil görünsələr də, sonradan bəzi seçimlərinə görə peşmanlıq hiss edə bilərlər.

 

Oxatan

 

Şən, enerjili və ünsiyyətcil olsalar da, Oxatan bürclərinin daxilində fərqli bir yalnızlıq hissi ola bilər. Onlar azadlıqlarına həddindən artıq bağlıdırlar və həyatlarını məhdudlaşdıran münasibətlərdən uzaq dururlar. Bu isə bəzən onları anlayan insanların sayını azaldır. Nəticədə, izdiham içində belə özlərini tək hiss edə bilirlər.

 

Dolça

 

Dolça bürcü sosial çevrədə aktiv olsa da, emosional baxımdan məsafəlidir. Onlar dərin münasibətlər qurmaq istəsələr də hisslərini açmaqda çətinlik çəkirlər. Fərqli düşüncələri və dünyagörüşləri hər kəs tərəfindən asan qəbul edilmir. Bu da onların zaman-zaman təcrid olunmuş hiss etməsinə gətirib çıxarır.

 

Qız

 

Mükəmməllikçi və tənqidi yanaşmaları ilə seçilən Qız bürcləri münasibətlərdə yüksək standartlar müəyyən edirlər. Onlar yalnız başqalarına qarşı deyil, özlərinə qarşı da sərtdirlər. Daim daha yaxşısını axtarmaq istəyi bəzən ətrafdakı insanları uzaqlaşdıra bilər. Bu isə Qızların öz daxili dünyasında tənhalıq hissi yaşamasına səbəb olur.

 

Xərçəng

 

Son dərəcə emosional olan Xərçəng bürcləri dərin və səmimi bağlara önəm verirlər. Onlar üçün münasibətlərin keyfiyyəti sayından daha vacibdir. Əgər emosional bağlılıq hiss etmirlərsə, ən yaxın çevrədə belə boşluq yaşaya bilirlər. Həssas təbiətləri və dəyişkən əhvalları da yeni insanlarla ünsiyyəti çətinləşdirə bilər.

 

Astroloqlar vurğulayır ki, hər bir insanın xəritəsi fərqlidir və yalnızlıq hissi təkcə Günəş bürcü ilə bağlı deyil. Bununla belə, bu 5 bürc daha çox müstəqilliyi və daxili dünyası ilə seçilir.

 

Mənsumə

Sfera.az

PAYLAŞ