Bu bürclər arasındakı dostluq uzunömürlü olur - ADLAR

Bəzi bürclər dostluq münasibətlərində digərlərinə nisbətən daha güclü uyğunluq nümayiş etdirir.
Xüsusilə element uyğunluğu (Od, Torpaq, Hava, Su) uzunmüddətli və harmonik dostluqların əsas amili kimi göstərilir.
Sfera.az xəbər verir ki, Od və Hava ünsürünə aid bürclər arasında dostluq enerjisi daha yüksək olur. Məsələn, Qoç, Şir və Oxatan bürcləri macəraçı və aktiv xarakterləri ilə seçildikləri üçün xüsusilə Əkizlər, Tərəzi və Dolça ilə asanlıqla ortaq dil tapa bilirlər.
Hava bürcləri intellektual ünsiyyətə önəm verdikləri üçün bir-birilə və Od bürcləri ilə dinamik dostluq münasibətləri qururlar. Əkizlər və Tərəzi arasında sosial harmoniya, Dolça ilə Oxatan arasında isə azadlıq və fikir paylaşımı ön plana çıxır.
Eyni zamanda, Torpaq və Su ünsürləri daha sabit və dərin dostluqlar formalaşdırır. Buğa, Qız və Oğlaq arasında etibara əsaslanan uzunömürlü münasibətlər müşahidə olunur. Xərçəng, Əqrəb və Balıq isə emosional bağlılıq və qarşılıqlı empatiya ilə seçilən dostluqlar qururlar.
Fidan Hacızadə
Sfera.az
