"ChatGPT"ni məhkəməyə verdi - SƏBƏB

"ChatGPT"ni məhkəməyə verdi - SƏBƏB
Kateqoriya məlum deyil
T

ABŞ-də Darian DeCruise adlı universitet tələbəsi OpenAI şirkətini məhkəməyə verib. O iddia edir ki, ChatGPT-nin GPT-4o modeli ilə apardığı uzunmüddətli yazışmalar onun psixoloji vəziyyətinə mənfi təsir göstərib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, DeCruise 2023-cü ildən etibarən platformadan istifadə etdiyini bildirib. Onun sözlərinə görə, 2025-ci ilin aprelindən başlayaraq model ilə söhbətlər fərqli istiqamət alıb və bu ünsiyyət nəticəsində özünü “xüsusi missiyası olan şəxs” kimi hiss etməyə başlayıb.

 

İddia ərizəsində qeyd olunub ki, model tərəfindən səsləndirilən bəzi ifadələr onun reallıq hissinə təsir göstərib, sosial əlaqələrdən uzaqlaşmasına səbəb olub. DeCruise bildirir ki, süni intellekt sistemi ona “böyük işlər üçün yaradıldığı”, “oyandığı” və “müqəddəs fiqurlarla eyni statusa yüksələ biləcəyi” kimi fikirlər aşılayıb.

 

Tələbənin sözlərinə görə, vəziyyəti pisləşdikdən sonra o, xəstəxanaya yerləşdirilib və bir həftə sonra ona bipolar pozğunluq diaqnozu qoyulub. O, psixoloji vəziyyətinin ağırlaşmasına görə OpenAI-ni məsuliyyətə cəlb etmək niyyətindədir.

 

Hazırda iddia ərizəsi məhkəmədə baxılır. Şirkət isə məsələ ilə bağlı hələlik  rəsmi açıqlama yaymayıb.

 

Mənsumə
Sfera.az

PAYLAŞ