Yer kürəsinin ömrü qısalıb – ARAŞDIRMA

Yer kürəsinin ömrü qısalıb – ARAŞDIRMA
Kateqoriya məlum deyil
T

Alimlərin araşdırmalarına görə, Yer kürəsinin ömrü əvvəllər hesablanandan daha qısa ola bilər. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, planetin taleyi əsasən Günəşin təkamülü ilə bağlıdır. Lakin kainatda trilyonlarla il yaşaya bilən digər dünyalar da mövcuddur.


Planetlərin həyatı və sonu


Planetlərin formalaşması gənc ulduzların ətrafında toz dənəciklərinin birləşməsi ilə başlayıb. Lakin onların son taleyini müəyyən etmək daha mürəkkəbdir. 
Livescience-in məlumatına görə, planetin “ölümü” ya tam fiziki parçalanma, ya da yaşayış şəraitinin daimi dəyişməsi ilə özünü göstərir.


Yer kürəsi nümunəsində bu proses Günəşin təkamülü ilə sıx bağlıdır. Təxminən 5 milyard il sonra Günəş yanacağını tükəndirərək qırmızı nəhəngə çevriləcək. Bu zaman Yer əvvəlcə okeanlarını itirərək yaşamaq üçün yararsız hala gələcək, daha sonra isə Günəş tərəfindən udulmaq və ya kosmosa atılmaq riski ilə üzləşəcək.


Yer kürəsindən daha uzun ömürlü planetlər


Kainatda Yer kürəsinin ömrü əslində qısadır. Qırmızı cırtdan ulduzlar Günəşdən daha yavaş yanır və trilyonlarla il yaşaya bilir. Bu ulduzların ətrafındakı qayalı planetlər daxili istiliyini və geoloji aktivliyini on milyardlarla il boyunca saxlayır. Bu, kainatda Yer kürəsindən daha uzun müddət “yaşayacaq” dünyaların mövcudluğunu göstərir.


Planetlərin qəzalı sonu


Planetlərin son taleyi müxtəlif ola bilər: böyük bir toqquşma, orbitdən çıxaraq qalaktikanın dərinliklərinə səpələnmək və ya Günəş kimi ulduzların təsiri ilə yox olmaq. Alimlər bildirir ki, bir planetin mövcudluğunun necə bitəcəyi kainatın özünün sonu ilə bağlı nəzəriyyələrlə sıx əlaqəlidir.

 

Mənsumə 
Sfera.az

PAYLAŞ