Bu tarixlərdə doğulanlara mühüm XƏBƏR - Yaxın günlərdə...

Bu tarixlərdə doğulanlara mühüm XƏBƏR - Yaxın günlərdə...
Kateqoriya məlum deyil
T

Ayın 2, 11 və 20-si dünyaya gələn şəxslərlə bağlı diqqətçəkən proqnozlar qeydə alınıb. Numerologiya üzrə mütəxəssislərin araşdırmasına əsasən, bu tarixlər “2 enerjisi” ilə əlaqələndirilib və münasibətlər, ünsiyyət və emosional yaxınlaşma dövrünün aktivləşməsi ilə xarakterizə olunub.

 

Sfera.az xəbər verir ki, yaxın həftələrdə bu günlərdə doğulan insanların şəxsi həyatında mühüm dəyişikliklər baş verəcək. Xüsusilə yeni tanışlıqların yaranması, küskünlüklərin aradan qalxması və münasibətlərin ciddiləşməsi ehtimalı yüksək qiymətləndirilib.

 

Numeroloqlar qeyd edib ki, bu dövrdə qəbul edilən qərarlar uzunmüddətli təsir göstərə bilər. Axşam saatlarında baş tutan görüş və tanışlıqların isə daha davamlı münasibətə çevrilmə ehtimalının çox olduğu vurğulanıb. Mütəxəssislər həmin tarixdə doğulanlara emosional qərarları tələsmədən verməyi, lakin qarşılarına çıxan fürsətləri də qaçırmamağı tövsiyə edib.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ