Məşhur bloqqer 27 yaşında qəfildən vəfat etdi

Kateqoriya məlum deyil
T
27 yaşlı Bianka Diaz əməliyyatdan sonra evdə olarkən qəfildən halı pisləşib. Nəfəs darlığından əziyyət çəkən qadın xəstəxanaya aparılıb.
Sfera.az bildirir ki, məşhur bloqqer ağciyər emboliyasından vəfat edib. Ölümünün səbəbi ilə bağlı araşdırma başlanıb.
Qeyd edək ki, bloqqer Braziliyanın San-Paulu Quaruja şəhərində yaşayırdı. Təxminən 60.000 “İnstaqram” izləyicisi olan Bianka doğma şəhəri Mauada məşhur idi.
Cazibədar nüfuz sahibi və iki uşaq anası bu yaxınlarda Londona səfəri haqqında paylaşım edib.
Həkimlər onun keçirdiyi dəqiq proseduru açıqlamayıblar. Müzakirələr isə liposaksiya və abdominoplastika da daxil olmaqla yüksək riskli estetik prosedurlara yönəlib.
Biankanın iki kiçik qızı var.
Aynil
