Dünyanın ən ağıllı ölkələri – Reytinq

Dünyanın ən ağıllı ölkələri – Reytinq
Kateqoriya məlum deyil
T

“International IQ Test” onlayn platforması tərəfindən tərtib edilmiş “Orta İQ göstəricisinə görə ən yaxşı 100 ölkə – 2026” siyahısı təqdim olunub.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, 1 yanvar 2026-cı il tarixində yenilənən reytinq 2025-ci il ərzində həmin testi vermiş ümumilikdə 1 212 714 nəfərin nəticələrinə əsaslanır.


Araşdırmaya yalnız ən azı 100 iştirakçısı olan ölkələr daxil edilib. Təşkilatçılar bildirirlər ki, test mücərrəd düşüncəyə əsaslanan suallardan ibarətdir və bütün iştirakçılar eyni şkala üzrə qiymətləndirilib. Bununla belə, nəticələrin könüllü iştirakçılara əsaslandığı və siyahının ölkə əhalisinin ümumi intellekt səviyyəsini tam şəkildə əks etdirmədiyi xüsusi vurğulanır.


Orta İQ göstəricisinə görə ilk 20 ölkə:


Cənubi Koreya – 106.97
Çin – 106.48
Yaponiya – 106.30
İran – 104.80
Avstraliya – 104.45
Rusiya – 103.78
Sinqapur – 103.56
Monqolustan – 102.61
Yeni Zelandiya – 102.35
Vyetnam – 102.26
İspaniya – 102.24
Kipr – 102.12
Kanada – 102.09
Birləşmiş Krallıq – 101.57
Şri-Lanka – 101.22
Sloveniya – 101.15
Belarus – 101.05
ABŞ – 101.04
Albaniya – 101.00


Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ