Ən xəyanətkar 3 bürc BUNLARDIR

Ən xəyanətkar 3 bürc BUNLARDIR
Kateqoriya məlum deyil
T

Sosial mediada astrologiya və münasibət dinamikası ilə bağlı maraqlı iddia gündəm olub. “Ən çox xəyanət edən bürclər” başlığı ilə yayılan siyahı geniş müzakirələrə gətirib çıxarıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, 50 illik münasibət statistikası əsasında aparıldığı iddia olunan araşdırmada xəyanət səbəbilə baş verən ayrılıqlar təhlil edilib. Nəticədə ən çox adı hallanan üç bürc müəyyənləşdirilib.

 

Xərçəng (21 iyun-22 iyul)

 

Araşdırmaya görə, siyahının ilk pilləsində Xərçəng bürcü yer alır. Emosional və həssas təbiəti ilə seçilən Xərçənglər münasibətlərdə dərin bağlılıq hiss etsələr də, bəzən güvənsizlik və şübhə ilə mübarizə aparırlar. Bu isə münasibətlərdə problemlərə yol aça bilər.

 

Şir (23 iyul-22 avqust)

 

İkinci sırada Şir bürcü qərarlaşıb. Diqqət və dəyər görmək ehtiyacı yüksək olan Şirlər münasibətdə özlərini kifayət qədər önəmli hiss etmədikdə fərqli axtarışlara yönələ bilirlər. Lakin xoşbəxt münasibətdə olduqları zaman sadiq və qoruyucu tərəfdaş kimi tanınırlar.

 

Oğlaq (22 dekabr-19 yanvar)

 

Üçüncü yerdə Oğlaq bürcü göstərilir. Məntiqli və praqmatik yanaşmaları ilə seçilən Oğlaqlar emosiyalardan daha çox rasional qərarlara üstünlük verirlər. Bu xüsusiyyət isə bəzi hallarda münasibətlərdə soyuqluq yarada bilər.

 

Qeyd edək ki, astrologiya elmi əsaslara söykənmir və insan davranışını yalnız bürclərlə əlaqələndirmək düzgün hesab olunmur. Münasibətlərdə sədaqət və ya xəyanət daha çox fərdi xüsusiyyətlər və şəxsi seçimlərlə bağlıdır.

 

Mənsumə

Sfera.az

PAYLAŞ