60 yaşında olmasına baxmayaraq 20 yaşında görünən kişi sirrini açıqlayıb

60 yaşında olmasına baxmayaraq 20 yaşında görünən kişinin hekayəsi son vaxtlar diqqəti çoz cəlb edir. Heç bir kosmetik prosedur etdirmədiyini deyən bu kişi gənc görünüşünün xüsusi müalicələrə görə olmadığını deyir.
Sfera.az bildirir ki, Braziliyalı sahibkar və sosial media məzmun yaradıcısı Edson Brandao yaşı ilə bağlı açıqlamaları ilə diqqəti cəlb edib.
Təxminən 60 yaşında olan, lakin tez-tez 20 yaşlarında olduğu düşünülən Brandao, gənc görünüşünü heç bir kosmetik prosedurla deyil, uzun müddətdir davam edən həyat tərzi vərdişləri ilə əlaqələndirir.
Brandaoya görə, qocalma qaçılmaz bir proses olsa da, bu prosesin sürəti əsasən gündəlik vərdişlərdən asılıdır. O, öz təcrübəsini üç əsas başlıq altında ümumiləşdirir.
Brandaonun diqqət yetirdiyi 3 şey:
Geyim seçimləri
Brandao, yaşa uyğun stereotipik geyim tərzindən kənara çıxmağı şüurlu bir seçim hesab edir. O, daha dinamik və enerjili bir üslubun yalnız insanın görünüşünə deyil, həm də əhval-ruhiyyəsinə və özünüdərkinə təsir etdiyini iddia edir. Onun sözlərinə görə, geyim yaş qavrayışını müəyyən edən vacib elementlərdən biridir.
Səhər rutini kimi sadə bir qarışıq
Hər səhər acqarına qəbul etdiyi çia toxumu və limon suyunun qarışığı Brandaonun gündəlik rutinin əsasını təşkil edir.
“Lif, omeqa-3 və C vitamini tərkibi sayəsində bu içki maddələr mübadiləsini, həzmi və dəri sağlamlığını dəstəkləyir”, -deyə o bildirir. O, xüsusilə bu vərdişi qısamüddətli həll yolu deyil, uzunmüddətli dəstək elementi kimi vurğulayır.
Mütəmadi idman
Təxminən 17 ildir ki, davamlı olaraq idman etdiyini deyən Brandao, demək olar ki, hər gün ağırlıq qaldırma və orta hesabla 40 dəqiqə kardio məşqləri edir. O, yalnız estetik məqsədlər üçün deyil, həm də ümumi sağlamlığını və enerji səviyyələrini qorumaq üçün idman etməyə davam etdiyini deyir.
Kosmetik prosedurlar haqqında iddialara cavab
Brandaonun gənc görünüşünün tez-tez kosmetik prosedurlarla əlaqəli olduğu iddia edilsə də, o bütün iddiaları rədd edir. O, müntəzəm dəriyə qulluq, günəşdən qorunma və həftəlik maska tətbiqindən başqa heç bir xüsusi prosedur keçirmədiyini deyir.
Aynil








