“Survivor” gerçəyi: Aclıq, mübarizə və dözüm

"Survivor" gerçəyi: Aclıq, mübarizə və dözüm
Kateqoriya məlum deyil
T

Türkiyənin ən reytinqli yarışmalarından biri olan “Survivor 2026”da məşhurlar və könüllülər komandaları arasında mübarizə davam edir. Qırmızı komandada yer alan voleybolçu Məryəm Boz yarışdan kənarlaşdırılan sonuncu iştirakçı olub.


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, yarışmadan ayrıldıqdan sonra Boz özünün sosial media hesabında uzun müddətdir müzakirə olunan bir suala aydınlıq gətirib: “Survivor”da iştirakçılara yemək verilirmi?


İştirakçı şəxsi instaqram hesabında yarışmadakı təcrübəsini bölüşərək bildirib ki, “Survivor” tamamilə fərqli bir mühitdir:


“Hər yarışmanın öz idman növü var. Bu yarışmada tamamilə fərqli bir təcrübə yaşadım. Öyrəndim, mübarizə apardım, həddimi aşdım və hər andan zövq aldım. İndi isə təcrübələrim cibimdə qalaraq yoluma davam edirəm”.


Boz yarışmadakı şəraitin heç bir idman növünə bənzəmədiyini vurğulayıb:


“Ekranda izləyəndə düşünürdüm ki, ən azından sənə sendviç verəcəklər. Amma reallığı görəndə təəccübləndim. Əslində, sənə heç nə vermirlər. Ekranda gördüyünüz kimi, cəmi üç qaşıq düyü ilə gün keçirirsən. Bu, heç də asan deyildi, amma mənəvi cəhətdən çox şey qazandırdı”.


O, həmçinin “Survivor”dan sonra hər şeyin dəyərini daha yaxşı anladığını bildirib və layihə rəhbəri Acun Ilıcalı ilə “Acun Medya” komandasına təşəkkür edib.
Sonda Məryəm Boz yarışmada ən sevdiyi iştirakçıların adlarını da açıqlayıb. O, komanda yoldaşları Serhan Onat və Mert Öcalı çempionluğa əsas namizədlər kimi göstərib.


Mənsumə
Sfera.az

PAYLAŞ