Ən çox yemək yeyən bürclər – SİYAHI

Ən çox yemək yeyən bürclər – SİYAHI
Kateqoriya məlum deyil
T

Bürclər xarakter xüsusiyyətləri ilə yanaşı, yemək vərdişləri ilə də bir-birindən seçilirlər. Bəzi bürclər yeməyə digərlərindən daha həvəsli və iştahlı hesab olunurlar.


Sfera.az həmin bürcləri təqdim edir:


Buğa


Buğa bürcü yeməkdən ən çox zövq alan bürc hesab olunur. Onlar üçün yemək sadəcə aclığı yatırmaq vasitəsi deyil, eyni zamanda emosional həzz mənbəyidir. Keyfiyyətli, estetik görünüşlü və ləzzətli qidalar Buğaların "zəif nöqtəsi" sayılır.


Əkizlər


Əkizlər bürcü də ən çox yemək yeyənlər siyahısında yer alır. Onlar daim yeni dadlar sınamağı və fərqli mətbəxlərlə tanış olmağı sevirlər. Maraqlı söhbətlərlə müşayiət olunan uzun süfrələr onların sevimlisidir.


Şir


Şir bürcü yemək məsələsində seçilən bürclərdən biridir. Onlar daha çox dəbdəbəli məkanlara və xüsusi təqdimatla verilən yeməklərə üstünlük verirlər. Şirlər üçün yemək həm də bir status və təcrübə göstəricisidir.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ