Filmdə təəccüblü detal: Şekspir də sırğa taxıb?

Filmdə təəccüblü detal: Şekspir də sırğa taxıb?
Kateqoriya məlum deyil
T

Rejissoru Chloe Zhao olan və baş rollarda Paul Mescal və Jessie Buckleyin çəkildiyi “Hamlet” filmindən hissələr ədəbi və kino dairələrində diqqət çəkib. 


Sfera.az bildirir ki, filmdə William Shakespeare rolunu oynayan Mescalın qulağındakı sırğa sosial mediada ajiotaj yaradıb. Bəs Şekspir də sırğa taxırdımı? 

 

Sırğanın Tarixi Əsası

 

İlk baxışdan bu detal yaradıcı geyim seçimi kimi görünür, lakin əslində tarixi bir istinada əsaslandığı bildirilir. Şekspirin ən məşhur təsvirlərindən biri olan Çandosun Portretində dramaturq sol qulağında qızıl halqa sırğa ilə təsvir edilmişdir. Mütəxəssislərin fikrincə, 17-ci əsrin əvvəllərində sırğalar yalnız qadınlara məxsus aksesuar deyil, həm də şairlər, dənizçilər və saraydakı kişilər arasında ortaq bir moda elementi idi.


İntibah dövründə zərgərlik kimlik məsələsi kimi qəbul edilirdi.

 

İngiltərədə zərgərlik yalnız estetik seçim deyil, həm də status və mənsubiyyət simvolu idi. Xüsusilə sənətkarlar və ziyalılar öz şəxsiyyətlərini ictimai normalara zidd olan bu cür aksesuarlar vasitəsilə ifadə edə bilirdilər. Filmdə sırğa detalının yer alması dövrün mədəni reallığına sadiq qalmaq cəhdi kimi şərh olunur. Film Meggie O'Farrellin eyniadlı romanı olan “Hamlet”in adaptasiyasıdır.

 

Hekayə Şekspiri təkcə böyük dramaturq kimi deyil, həm də oğlunun itkisindən sarsılmış bir ata kimi təsvir edir. Meskalın sırğa detalı bu təfsirdə sənətçinin şəxsi və insani tərəfini vurğulayan simvolik bir detal kimi diqqət çəkir.

 

Yayımlanan ilk görüntülər həm Hamletin tarixi detallara verdiyi əhəmiyyəti, həm də Şekspirə daha humanist bir perspektiv təqdim etmək məqsədini göstərir. Filmdəki kiçik bir aksesuar detalı belə izləyicini İntibah İngiltərəsinin mədəni atmosferini yenidən nəzərdən keçirməyə sövq edib.

 

Aynil

PAYLAŞ