Paşinyan nümunəsi – siyasətçilərin AİLƏ HƏYATI

Paşinyan nümunəsi – siyasətçilərin AİLƏ HƏYATI
Kateqoriya məlum deyil
T

Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi nikaha daxil olub. Uzun illər vətəndaş nikahında yaşadığı Anna Akopyan ilə münasibətlər artıq VVAQ-da rəsmiləşdirilib.

 

Akopyan bu barədə sosial şəbəkə hesabında məlumat verərək vətəndaş nikahı tarixçəsinin başa çatdığını bildirib və mövzu ətrafında müzakirələrdə hər kəsi təmkinli olmağa çağırıb. Məhz bu hadisə liderlərin şəxsi həyatı, xüsusilə də nikahsız birlikdə yaşamaq məsələsini yenidən gündəmə gətirib.

 

Müasir siyasətdə ailə modeli dəyişirmi? Paşinyan bu baxımdan istisnadırmı, yoxsa dünyada oxşar nümunələr kifayət qədərdir?

 

Sfera.az xəbər verir ki, bu tendesiya Avropa liderləri arasında geniş yayılıb. Nikahsız birlikdə yaşamaq xüsusilə Qərb ölkələrində artıq adi sosial model kimi qəbul olunur.

 

Məsələn, Fransanın sabiq prezidenti Fransua Olland uzun müddət siyasətçi Segolene Royal ilə rəsmi nikah olmadan birlikdə yaşayıb və onların dörd övladı var.

 

 

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson da karyerasının müəyyən mərhələsində tərəfdaşı ilə nikahsız birlikdə yaşayıb, daha sonra isə rəsmi nikaha daxil olub.

 

 

Skandinaviya ölkələrində isə nikahsız birlikdə yaşamaq sosial norma sayılır. Regionda bir çox siyasətçilər uzun illər nikahsız birlikdə yaşayıb və bu, ictimai qınaq doğurmayıb.

İslandiyanın sabiq baş naziri Yohanna Siqurdardottir uzun müddət rəsmi nikah olmadan tərəfdaşı ilə yaşayıb. Niderlandın baş naziri Mark Rutte isə ömrünün sonuna qədər evlənməyib. ABŞ də çoxu nikahla bağlı olsa da, sabiq senator Con Edvards evli olduğu halda nikahsız münasibət qalmaqalı ilə gündəmə gəlmişdi. ABŞ-nin 15-ci prezidenti Ceyms Byukenen isə ömrünün sonuna qədər subay qalıb. Boliviya Prezidenti Evo Morales rəsmi nikahda olmayıb və uşaqları olsa da, evlənməyib.

 

Cənubi Koreyanın sabiq prezidenti Park Geun hye rəsmi nikah etməyib. Hindistanın sabiq baş naziri Atal Bihari Vajpayee ömrünün sonuna qədər evlənməyib, ölkədə digər liderlərin də şəxsi həyatı geniş açıqlanmır. Kanadanın baş naziri Justin Trudeau uzun illər rəsmi nikahda olub, lakin Qərb dünyasında bir çox yüksək vəzifəli siyasətçi ailə modelinə daha liberal yanaşır və nikah məsələsini şəxsi seçim kimi təqdim edir.

 

Ümumilikdə, Avropa və Şimali Amerikada nikahsız birlikdə yaşamaq hüquqi baxımdan problem sayılmır və bir çox hallarda cəmiyyət tərəfindən normal qarşılanır. Bu baxımdan Nikol Paşinyanın seçimi beynəlxalq praktika ilə müqayisədə qeyri-adi görünmür. Siyasi liderlərin şəxsi həyatı ilə bağlı müzakirələr əsasən ictimai maraq və mənəvi dəyərlər kontekstində aparılır. Bir sıra ölkələrdə ailə modeli hələ də ənənəvi çərçivədə qəbul olunsa da, Qərb dünyasında fərqli birlik formaları artıq geniş yayılıb.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ