“Ferrero Rocher” rəhbəri vəfat etdi

Sevgililər Günü - “Ferrero Rocher” şokoladlarının yaradacısı Maria Franca Ferrero 13 fevralda İtaliyanın Piedmont bölgəsindəki Alba şəhərindəki evində vəfat edib.
Sfera.az bildirir ki, Pietro Ferrero tərəfindən qurulan “Ferrero Rocher” şirniyyat imperiyası, digər şeylərlə yanaşı, Sevgililər Günü üçün vacib hədiyyələrə çevrilən “Nutella” şokalad yağı və “Raffaello” şokoladlarını da yaradıb.
Maria Franca Ferrero 87 yaşında vəfat edib. O, digər qənnadı məhsulları ilə yanaşı, “Nutella”, “Kinder” və “Ferrero Rocher” kimi brendlər istehsal edən “Ferrero Group” şirkətinin sahibi Michele Ferreronun dul həyat yoldaşı idi.
İtaliyanın Baş naziri Giorgia Meloni başsağlığı verdi.
O dövrdə İtaliyanın ən varlı adamı olan Michele 2015-ci ildə vəfat etdikdə, Maria təxminən 40 fabrikdən, 47.000-dən çox işçidən və illik dövriyyəsi 15,7 milyard avrodan çox olan bir biznesi miras alıb.
Onun qrupun hazırkı sədri olan oğlu Giovanni, gəlinləri Paola və Luisa və beş nəvəsi var.
Digər oğlu Pietro 2011-ci ildə qəfil xəstəlikdən vəfat edib.
İtaliyanın Baş naziri Giorgia Meloni Mariyaya ehtiramını bildirərək başsağlığı yazıb.
Maria 21 yanvar 1939-cu ildə Saviglianoda anadan olub. Məktəbi bitirdikdən sonra Milandakı Tərcüməçilər Kollecinə daxil olub və 1961-ci ildə “Ferrero”da tərcüməçi kimi işə düzəlib və gələcək əri ilə məhz burada tanış olub.
Bu, ilk baxışdan məhəbbət idi və cütlük 1962-ci ildə evlənib. O, sonralar "Mən şokoladı sevmirdim"-deyib.
Bir il sonra onların ilk övladı Pietro, ardınca isə 1964-cü ildə Giovanni dünyaya gəlib.
Xeyriyyəçilik işləri ona bir neçə mükafat qazandırıb, o cümlədən 2024-cü ildə ölkənin ən yüksək dövlət mükafatı olan İtaliya Respublikasının Ləyaqət Ordeninin Böyük Xaç Cəngavəri adına layiq görülüb.
19 dekabrda səhmdarların növbədənkənar yığıncağında o, yekdilliklə “Ferrero Qrup”unun Ömürlük Fəxri Prezidenti təyin edilib.
“Ferrero Rocher”in Şirin İmperiyası: Milyardlar Yoxsulluqdan Necə Çıxdı
“Ferrero Rocher” (o vaxtkı “Ferrero SpA”) Pietro Ferrero tərəfindən təsis edilib. İkinci Dünya Müharibəsindən sonra o, hazırda 160-dan çox ölkədə satılan fındıq-şokoladlı “Nutella” məhsulunu buraxıb. Onun şirkəti həmçinin “Ferrero Rocher” “Tic Tac” və “Kinder” şokolad brendini də yaradıb.
O, fındıqlardan ucuz olduğu və yalnız dadlı deyil, həm də əlverişli bir məhsul yaratmaq istədiyi üçün istifadə edib. Pietro hətta uşaqları hədəfə almasa da, “Nutella” indi dünyanın hər yerindəki uşaqlar üçün dadlı səhər yeməyinin əsas menyusuna çevrilib. O vaxtlar bu şirniyyat yerli karnaval personajının şərəfinə “Giandujot” adlanırdı və dilimlənə və çörəyə yayıla bilən bir bar şəklində gəlirdi.
“Ferrero Rocher”in tarixi 1940-cı illərdə başladı.
O, mağazalara sifarişləri özü çatdırırdı və Piedmontdakı Alba kəndində öz şirniyyat dükanını açdı. 1949-cu ildə vəfat etdi, bunun həddindən artıq işləməkdən qaynaqlandığı güman edilir. Lakin həyat yoldaşı və daha sonra oğlu Mişel Ferrero şirkətin başına keçdi.
O, 26 milyard dollarlıq şəxsi sərvəti ilə İtaliyanın ən varlı adamı idi və 2008-ci ilin mart ayında Silvio Berluskoninin sərvətini geridə qoyub. 2014-cü ilin may ayında “Bloomberg Billionaires Index” Ferreronu dünyanın 20-ci ən varlı adamı olaraq sıralayıb.
“Ferrero Rocher” ailə şirkəti olaraq qalır. Ferrero ailəsi isə Avropanın ən varlı ailələrindən biridir.
Aynil


