Xizəkçi çəkmələrə görə 2026-cı il Olimpiadasından kənarlaşdırıldı

Xizəkçi çəkmələrə görə 2026-cı il Olimpiadasından kənarlaşdırıldı
Kateqoriya məlum deyil
T

23 yaşlı avstriyalı xizəkçi Daniel Tschovenig (Tşofeniq) çəkmələrinə görə 2026-cı il Olimpiadasından kənarlaşdırılıb.

 

Sfera.az xəbər verir ki, avstriyalı idmançının 2026-cı il Qış Olimpiya Oyunlarından kənarlaşdırılmasına çəkmələrinin qaydalarda göstəriləndən 4 mm uzun olması səbəb olub. 2024/25 Dünya Kubokunun qalibi 14 fevralda ilk tullanmasından sonra 137,7 xalla ilk səkkizliyə daxil olduqdan sonra yarışdan kənarlaşdırılıb.

 

Jurnalistlərin sözlərinə görə, avstriyalı idmançının çəkmələrinin avadanlıq qaydaları ilə icazə veriləndən 4 mm böyük olduğu aşkar edilib, buna görə də, onun nəticəsi ləğv edilib.

 

"Məşq zamanı yeni çəkmələr geyindim, yeri gəlmişkən, onlardan çox da məmnun deyildim, amma onları saxladım. Təəssüf ki, sadəlövh idim və ölçü götürmədim. Bu, mənə görə inanılmaz dərəcədə axmaqlıqdır; çox stressli idim. Amma qaydalar qaydadır"- deyə Daniel Tşofeniq diskvalifikasiyası ilə bağlı şərh verib.

 

Qayda pozuntusu dərhal diskvalifikasiya ilə nəticələnib və Slovakiyalı Hektor Kapustikin finala yüksəlməsinə yol açıb.

 

Sloveniyalı Domen Prevc həmin gün qızıl, yaponiyalı Ren Nikaido gümüş, Polşalı Kaçper Tomasiak isə bürünc medal qazanıb.

 

Həmçinin, 23 yaşlı amerikalı idmançı Annika Belşau xizəklərinin icazə verilən uzunluqdan 1 sm uzun olması səbəbindən qadınların fərdi böyük təpə yarışından kənarlaşdırılıb. Tşofeniq kimi, Belşau da finala vəsiqə qazansa da, yarışa bilməyib.

 

2026 Olimpiya Oyunlarında qalmaqallar

 

Ukraynalı idmançı Vladislav Geraskeviç isə, müharibədə öldürülən idmançıların portretləri olan "xatirə dəbilqəsi" geyinərək yarışmaq niyyətində olduğuna görə 2026 Olimpiadasından kənarlaşdırılıb. Beynəlxalq İdman Məhkəməsi (CAS) Vladislav Geraskeviçə qarşı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) və Beynəlxalq Bobsley və Skeyt Federasiyasına (IBSF) qarşı diskvalifikasiya ilə bağlı qaldırılan işi rədd edib.

 

Həmçinin 2026-cı il Olimpiya Oyunlarında kerlinq matçı da ədəbsiz qalmaqala çevrilib. İsveç komandası Kanadalı idmançını barmağı ilə daş itələməkdə günahlandırıb.

 

Aynil

PAYLAŞ